“Qırmızı limuzin”də baş rolu Sərxan Sərxan oynayacaq - EKSKLÜZİV

“Qırmızı limuzin”də baş rolu Sərxan Sərxan oynayacaq - EKSKLÜZİV
10 oktyabr 2012
# 10:22
Arzu Urşan Sumqayıtda doğulub, Moskvada prodüsser mərkəzində rejissor-ssenarist, prodüsser kimi fəaliyyət göstərir: “Anarla bir yerdə onun “Qırmızı limuzin” hekayəsi əsasında kino çəkmək fikrimiz çoxdan vardı, amma alınmırdı. Gah mənim işlərim olurdu, ya onun. Bu yaxınlarda zəng elədi ki, İctimai televiziyadan təklif var, bu filmi çəkmək istəyirlər və səni dəvət edirik. İctimai televiziyanın maddi və texniki bazasında bu filmin çəkilişlərinə başladıq”.

Anarın “Qırmızı limuzin” hekayəsi 1991-ci ildə qələmə alınıb. Hekayədə elə yazıldığı dövrdə ölkədə baş verən təzadlı, hadisələrdən, bu olayların insanların həyatına psixoloji təsirindən bəhs edilir. Həmin hekayə əsasında ssenarini Anarla Arzu xanım bir yerdə işləyiblər. Rejissorun dediyinə görə ssenari hekayədən çox fərqlənir.

Operatorları isə Arzu Urşan özü ilə Moskvadan gətirib, orda bir yerdə film çəkdiyi operatorlardır. Yuri Yermolin və Mixayıl Bulyanov hər ikisi Rusiyada tanınmış, məşhur operatorlardır. Arzu Urşanın dediyinə görə onların çəkdiyi filmlər əsasən operator işinə görə beynəlxalq müsabiqələrdə yer qazanıb.
Filmdə Bəhram Bağırzadə, Mehriban Zəki, Naina İbrahimova, Cavid İmamverdiyev çəkilirlər.

Baş rol Sərxan Sərxana həvalə olunub: “Bu filmdə jurnalist rolundayam, qəzetdə çalışıram. Xaraktercə həqiqət, ədalətpərəstəm. İşimə vicdanla yanaşıram, Ona görə də ölkədə gedən müharibədən yazıram. Bu da baş redaktoru qane etmir, deyir ki, bəsdir müharibədən yazdın, şoudan yaz ki, qəzet alınsın, camaata maraqlı gəlsin. Mənsə baş redaktorla razılaşmıram. Sovet tərbiyəsi görmüş insanın müstəqil ölkənin insanı ilə mübarizəsi əks olunur mənim üzərimdə. Vətəni, torpağı sevməyən, kimliyi bəlli olmayanlarla üzbəüz mübarizədəyəm. Sonunu deməyəcəm bu insanın taleyi necə olur, o sirri yalnız rejissor aça bilər”.

Çəkilişlər davam edir. Film yeni ilə qədər hazır olacaq.


Ramilə QURBANLI
# 5062 dəfə oxunub

Oxşar xəbərlər

"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər