Vanqa haqda filmin ətrafındakı lənət

Vanqa haqda filmin ətrafındakı lənət
1 oktyabr 2012
# 12:25
Moskvada hələ uşaq ikən gözləri tutulan və bundan sonra insanlara onların gələcəyini xəbər vermək qabiliyyətinə sahib olan Vanqa haqda film çəkilişlərinə başlanıb.

Bolqar aktyorları eşidəndə ki, Rusiyada Vanqa haqqında film çəkilir çox təəccübləniblər. Axı Vanqa sağlığında deyib ki, öləndən sonra kimsə mənim haqqımda bədii film çəkməyə cəsarət eləməsin. Qəribədir, yəqin bilirmiş ki, bu qadağaya baxmayaraq film çəkəcəklər, ona görə aktrisalara bu barədə özü deyib.

Bolqariyanın özündə belə indiyə qədər ümumi bir fikir yoxdur ki, Vanqa kim olub, falçı, ekstrasens, uzaqgörən, yoxsa cadugar ?

Buna görə də Bolqar rejissorlar onun haqqında film çəkməyə cəsarət etmirlər. Rus kinematoqrafçıların cəsarəti isə onlara asan başa gəlməyib.

Əvvəlcə Vanqo roluna İnna Çurikova razılaşıb və təsdiqlənib. Çəkilişə bir gün qalmış aktrisanın hər iki qolu sınıb. Bunu eşidən digər aktrisalar ümumiyyətlə rola çəkilməkdən imtina ediblər. Nəhayət, rus aktrisası Yelena Yakovleva bu rola çəkilməyə razılıq verib.

Mistika bununla bitməyib. Çəkiliş başlanmağa sanılı dəqiqələr qalmış rejissor Sergey Borçukov dəmir yolu keçərkən möcüzə nəticəsində üstünə çıxacaq qatardan xilas olub.

Filmdə rol alan aktyorların əksəriyyəti Vanqanı şəxsən tanıyıblar, onun xidmətlərindən də faydalananları var. Bolqar aktrisası, indi filmdə çəkilən Saşa Bratanova hətta bir vaxtlar Vanqanın ona mənim haqqımda çəkiləcək bədii filmdə rol alacaqsan - dediyini də xatırlayır: “Mən ona aktrisa olduğumu demədim. Yanına nə üçün getdiyimi də soruşmadan dedi ki, bilirəm sən aktrisasan, sevgilin ölüb, onu kiminsə qətlə yetirdiyini düşünürsən. Elə deyil, onun psixikasında pozğunluq vardı, intihar edib, bunun günahı da səndə deyil, rahat yaşa .”

“Vanqelya” filminə çəkiləcək daha bir Bolqar aktrisası Jivka Qyançeva da danışır ki, o, uşaqlıqdan sümük boşluğu xəstəliyindən əziyyət çəkirmiş: “Məni xəstəxanada müalicə edən həkim deyib ki, bu uşaq böyüməyəcək, ömürlük üç yaşında uşaq kimi qalacaq. Atam Vanqanın yanına gedib, qadın ona deyib ki, get qızı xəstəxanadan çıxart, yoxsa öləcək. Deyib ki, onun cüssəcə balaca olmasına baxma, sənin soyadını məşhurlaşdıracaq, aktrisa olacaq, mənim yanıma da gələcək. Elə də oldu mən məşhur Bolqar aktrisası oldum və onun yanına da getdim.”

Filmin rejissoru Sergey Borçukov: “Mistika sirli bir dünyadır. Nə olacaqsa olsun, gözə almışam, bu filmi çəkəcəm. Mən onu uşaqlıqdan ömrünün sonuna qədər təsvir edirəm, bir qadın kimi, bir insan kimi və bir falçı kimi göstərirəm filmdə. Üç yaş dövrünü müxtəlif aktrisalar oynayır. Onları tapmaq çox çətin oldu. “

Yelena Yakovleva ən yaşlı vaxtını oynayır. Yayın günündə çəkiliş vaxtı aktrisaya maska yox, qrim ediblər ki, daha təbii görünsün, həm də Vanqaya oxşasın. Bir gündən bir aktrisanı qrimləmək üçün beş saat vaxt sərf olunurmuş. Vanqanın gözləri bağlı olub axı, aktrisa isə qapalı gözlərlə oynaya bilməz, o getdiyi yeri görməlidir. Bu yerdə çətinlik birə beş artırmış.

Film çəkilişləri hər dəqiqə, hər an mistik hadisələrlə müşayiət olunur. Rejissor onları hələ ki, açmağı məsləhət görmür: “Bunlar hələlik çəkiliş qrupunun mətbəxidir. Sağlıq olsa, bəlkə premyerada açarıq bu sirləri.”

Ramilə Qurbanlı
# 4259 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #