“Rejissor ”Nizami” filmini çəkəndə getdi falçı yanına...”
20 sentyabr 2012
05:00
Aydın Kazımzadənin adının qarşısında xeyli sayda fəxri adlar var, onların arxasında da böyük xidmətlər dayanır. 1997-ci ildən indiyədək ADMİU-da "Azərbaycan kino tarixi" fənnindən dərs deyir, dosentdir. Bu şəxs kino tariximizin sanballı tədqiqatçısıdır, kino və cizgi filmlərinin tarixinin müəyyənləşməsi də bu adla bağlıdır.
Kinomuzun Fransadan tapılması
- Kino tədqiqatçısı kimi fikrinizi öyrənmək maraqlı olardı, kino tədqiqatı sahəsində vəziyyət necədir?
- Sovetin vaxtında arxivə girirdin, amma əlinə keçən materialları üzə çıxarda bilmirdin, çünki ideologiyaya sərf eləmirdi, Sovet ideologiyasına.
- Elə faktlar varmı ki, o vaxt əlinizə keçib, amma indi ortaya çıxardırsınız?
- Məsumə Rzayeva adlı tədqiqatçı Sovet vaxtı ilk dəfə tapıb üzə çıxartmışdı ki, Bakıda A. M. Mişon adlı bir nəfər filmlər çəkib. Belə qələmə vermişdi ki, bu adam Fransadan pul qazanmaq məqsədi ilə Bakıya gəlib, filmlər çəkib və çıxıb gedib. Mən bu işin üstünə çıxanda artıq Azərbaycan müstəqillik əldə etmişdi. Araşdırıb gördüm ki, bu adam Fransadan deyil, Rusiyadan- Xarkovdan gəlib, fransız deyil, rusdu. O, Bakıya gələndə Azərbaycan Rusiyanın tərkibində əyalət idi. Arxivdə bunun çəkdiyi şəkillərin neqativlərində tarix yazılıb-1879-cu il. Mən bu faktı götürmüşəm. Bu adam 30 ildən artıq Bakıda yaşayıb, deməli onu bakılı hesab etmək olar. Məsumə Rzayeva arxivdə dərinliyə getməyib ki, bu adam kim olub, Bakıda nə qədər yaşayıb. Bilib ki, Sovet vaxtı bu faktları əziyyət çəkib üzə çıxartmaq mənasız işdir. Mən faktları tapandan sonra Mişon haqqında Fransa səfirliyinə sorğu verdim. Mənə cavab gəldi ki, Fransada belə adam yaşamayıb. Məsumə xanımı sadəcə familiya çaşdırıb, arxivdə onun fransız olması, Fransadan gəlməsi barədə fakt yoxdur. Bu yaxınlarda Xarkovdan bir tədqiqatçı gəlmişdi, dedi ki, Xarkovda Mişonun 155 illiyi keçiriləcək, orda onun haqqında kitab yazırlar. Mən də onun həyatının Bakı dövrünü yazıb verdim ki, kitaba daxil etsinlər. Bu adam Bakıda 1897-ci ilin mayında, iyununda da film nümayiş etdirib, bunlar yapışıblar avqustdan.
- Kim yapışıb, axı həmin günü siz fakt kimi çıxartmısınız ortaya...
- Düzdür, sadəcə onun həmin il avqustun 2-də nümayiş etdirdiyi film artıq heç bir tədbirin daxilində deyil, müstəqil film nümayişi idi, tamaşaçı da məhz onun filminə baxmaq üçün toplaşmışdı. Ona qədər olanlar eksperiment xarakteri daşıyırdı. Həm də həmin gün nümayiş etdirdiyi süjet Fransada dünya kinosunun yaranmasını göstərən süjetlərlə bənzər idi. Həm də “Bibiheybətdə neft fontanı yanğını” unikaldır. Tarix burdan götürülüb. Bunları Sovet vaxtı üzə çıxara bilmirdik. Mənim 26 yaşım olanda arxivlərdə gördüm ki, 1916-cı ildə Bakıda “Neft milyonlar səltənətində” filmi ekranlara çıxıb, amma bu barədə heç kim danışmır. Mən bu məsələni Respublika Kinoprokat İdarəsinin rəisinə dedim - Süleyman Süleymanova. Açığı tutdu mənə, utandığımdan heç kimə demədim. Sovet kinosu gününü qeyd edirik, öz kino tariximiz ondan çox uzağa gedir, deyə bilmirik. İllər keçdi 1976-cı ildə Elmlər Akademiyasında Nazim Sadıxov vardı, ona dedim ki, gəl köməkləşək bu işi qaldıraq. Artıq mən də tanınıram, sözümə baxırlar. Həsən Seyidbəyli Kino İttifaqın sədri , Cəmil Əlibəyov Kinostudiyanın direktoru idi. Altdan bu işi gördüm, amma özüm kənarda durdum, qorxurdum axı, cavan idim. Bizim komitənin sədri Məmməd Qurbanov yanımızda Moskvaya zəng elədi, dedi ki, bizim film tariximizin 60 illiyidir, onu qeyd etmək istəyirik. Ona cavab verdilər ki, bəlkə deyəsiniz Azərbaycan kinosunun tarixi Rusiya kinosundan qədimdir? Deyiblər elə fakt yoxdur, fakt odur ki, Azərbaycanda kino Sovet vaxtı yaranıb, Gürcüstanda və Ermənistanda da həmçinin. Orta Asiyada ondan da sonra yaranıb. Məmməd Qurbanov çox tutuldu, sonra da dedi ki, ümid qaldı Heydər Əliyevə. Bizə dedi ki, sənədləri hazırlayın təqdim edək Heydər Əliyevə. Verdik, bir gün Məmməd Qurbanov bizi yığdı. Dedi ki, gözünüz aydın. Heydər Əliyev deyir ki, biz bu yubileyi qeyd edib hamıya sübut etməliyik ki, Azərbaycan kinosunun tarixi qədimdir, inqilabdan əvvəldir. Yadımdadır ki, yubiley tədbirinə Sovetlər Birliyinin hər yerindən qonaqlar gəlmişdi. Orda Heydər Əliyev dedi ki, bizim kino tarixi ondan da qədimdir, çünki ola bilməz ki, neft ölkəsinə maraq dünya kinosunu çəkib bura gətirməsin. Mən onun bu fikrini o vaxtdan tutmuşdum. Müstəqillik əldə edəndən sonra dərinə getdikcə gördüm ki, kişi çox uzaqgörən fikir söyləyib. Mən sübut elədim ki, Mişon bakılıdır, bunun çəkdiyi filmlər təsadüfi deyil, faktdır. “Balaxanıda neft fontanı”, “Bibiheybətdə neft fontanı yanğını” filmlərini Fransadan gətirdik.
- Onlar necə olub gedib Fransaya çıxıblar?
- Hə, yaxşı ki, gedib çıxıblar, bizdə olsaydı itirilərdi. 1900-cü ilin aprel ayından noyabr ayına kimi Parisdə ümumdünya sərgisi keçirilib. Orda rus imperiyasının tərkibində Azərbaycandan iki nəfər iştirak edib, biri Müslüm Maqomayev olub, biri də Mişon. Mişon filmlərini aparıb, Müslüm də musiqi ilə bağlı dərs vəsaitlərini. Orda Lümer qardaşları Mişondan pulla onun filmlərini alıb öz proqramlarına əlavə edirlər. Onlar öləndən sonra həmin filmlər də onların bütün işləri kimi arxivə verilir. Azərbaycan müstəqillik əldə edəndən sonra Dünya Arxivlər İdarəsinin üzvü oldu. Oranın qanunlarına görə mübadilə yolu ilə filmlərimizi alıb gətirdik.
- Sizin bu tədqiqatınıza, faktlara inanmayanlar da var...
- Özü də inanmayanlar arasında kifayət qədər savadlı adamlar var, gedib araşdırıb ortaya çıxartsınlar, faktla çıxsınlar qarşıma ki, harda səhvim var. Yanlış olsaydı Heydər Əliyev ömründə həmin tarixi kinomuzun tarixi kimi təsdiqləməzdi. Ermənilər heç bir fakta əsaslanmadan bir daşı özlərinə çıxırlar, biz əlimizdəki faktı danırıq.
- Hər halda ilk ortaya çıxan da, ondan çox sonralar nümayiş olunan “Neft və milyonlar səltənətində” sənədli filmlərdir, bəs, bədii filmimizin tarixi hansı filmlə başlayıb?
- Ondan sonra da filmlərimiz olub, bədiisi də vardı. 1916-cı ildə “Arşın mal alan” çəkilib ilk dəfə.
- Kinomuzun tarixi bu qədər qədimə gedib çıxırsa, niyə gürcü, rus, İran kino məktəbi var, amma Azərbaycan kino məktəbi yoxdur?
- Ənənə yaranmayıb də.
- Niyə yaranmayıb?
- Ayrı-ayrı sənətkarlar çəkiblər, ümumi dəst-xətt olmayıb. Gürcülərdə qısametrajlı filmlər bir ənənə şəklində olub, ona görə məktəb yaranıb. Bizim ilk rüşeymlərimiz Ağarza Quliyev, Mikayıl Mikayılov, Abbas Mirzə Şərifzadədir, amma bunların çəkdikləri sənət əsəri kimi çox aşağı səviyyədə olub. Sonra da sosialist realizmi məktəb yaranmasının qarşısını alıb. Ayrı-ayrı sırf milli psixologiya ilə çəkilən filmlərimiz var, amma zəif filmlərdir. Məsələn, “Ögey ana”nı kütlə sevir, amma faktdır ki, çox zəif filmdir. “Ulduz” filmi primitivdir, kütlə sevir. Sənət kütlə üçündür-deyirdi Sovet quruluşu, amma yanlışdır. Sənət sənət üçündür. Kütlə əsl sənət əsərini qavraya bilməz. Qara Qarayev kütləvi bəstəkar deyildi, onu yalnız sənətdən qavrayışı olanlar anlayar.
- Köhnə filmlərimizdən hansı həm sənət əsəridir, həm də milli psixologiyaya söykənir?
- 45-ci ildə çəkilən “Arşın mal alan” filmi kino deyil, teatrdır, onu qəbul etmirəm.
- Amma bütün dünyanı gəzib...
- Onu gəzdirən Üzeyir bəy və Rəşid Behbudov şəxsiyyəti idi, daha çox Rəşid Behbudov, çünki bütün dünyanı gəzmişdi və tanınırdı. 1965-ci ildə çəkilən “Arşın mal alan” niyə dünyanı gəzmədi? Çünki orda Rəşid Behbudov yox idi. “O, olmasın bu olsun” filmdir, amma kino sənətində ilk addımlar atılan film kimi. Hüseyn Seyidzadə milli kinonun əsasını o filmlə qoyub. “Bir cənub şəhərində” sənət əsəridir. “Bizim Cəbiş müəllim”, “Şərikli çörək” əsl kinodur.
- Bizdə kinokomediya hansı filmlə başlanıb?
- Abbas Mirzə Şərifzadənin 1935-ci ildə çəkdiyi “Məhəbbət oyunları” səssiz kinosu ilə. Onu indiki tamaşaçı heç tanımır. Bizə bir elə kinoteatr lazımdır ki, o filmlər hamısı həm nümayiş olunsun, həm də onlar haqda məlumat verilsin.
- “Əhməd haradadır?” necə kinokomediyadır?
- Dəyərsizdi, kino deyil ki o. Adil İsgəndərov gözəl teatr sənətkarı idi, yaxşı aktyor idi, amma rejissor kimi çox uğursuz olub. 1944-cü ildə “Fətəli xan” çəkdi, baxdılar ki, çəkə bilmir aldılar əlindən.
- O vaxt “Qatır Məmməd” də uğursuz çəkilib, sonra veriblər Rasim Ocaqova.
- Əslində “Qatır Məmməd” “Dəli Kür” qədər dəyərli film olmalı idi. Həmişə şəxsiyyətlər arasında konfliktlər xalqın mənəvi dəyərlərinin, dövlətin, millətin başında çatlayır. Adil İsgəndərovla Hüseyn Seyidzadə arasında olan konflikt “Qatır Məmməd”i o günə qoydu. “Qatır Məmməd” filminin ssenarisini iki nəfər moskvalı peşəkar yazmışdı. Amma Çapayevin ssenarisini elə bil tərcümə edib adını Qatır Məmməd qoymuşdular. Hüseyn Seyidzadə dedi ki, ssenaridə hamı var, amma Qatır Məmmədin özü yoxdur. Ssenaristlərlə danışdı dedilər ki, nə istəyirsən əlavə elə, dəyiş. Adil İsgəndərov isə filmin çəkilişlərinin bitməyinə az qalmış aranı qarışdırdı, ssenaristlər onun etdiyi əlavələrlə razılaşmadılar və kino bağlandı. Özü də Əliabbas Qədirov Qatır Məmmədi çox gözəl yaratmışdı, mən çəkilişlərdə olmuşdum. Sonradan Adil İsgəndərov kimə təklif etdisə, boyunlarına çəkmədilər filmi. Axırda operatorluqdan rejissorluğa keçmək istəyən Rasim Ocaqova şərt qoydu ki, bu filmi çəksən, sənin qarşında rejissor kimi yaşıl işıq yanacaq. Rasim Ocaqov qırx günün içində həmin ekranlara çıxan “Qatır Məmməd” kimi dəyərsiz film çəkdi.
- Azərbaycan kinosu sizin nəzərlərinizdə bu gün necə görünür?
- Dəniz kimi qabarmalar və çəkilmələrlə. Bu, bütün dünyada belədir. Bizi arxaya salan 90-cı illər oldu. Sovetin vaxtında olan kino ustadları qalsaydı və gənclər onların arxasınca gəlsəydi çox gözəl olacaqdı. Ara qırıldı, özüldən uzaq düşdük. İndi Azərbaycan kinosu elə bil sıfırdan başlayır. Heç vaxt, heç bir sənətkar həmişə zirvədə olmur, o, düşür, yerini başqası tutur. Eldar Quliyev, Oqtay Mirqasımov bu gün nə çəkirlərsə özlərini təkrarlayırlar. Film çəkirlər, amma yeni bir şey demirlər, elə əvvəlkilərdir.
- Əvvəl nə isə demişdilər ki?
- Mən elə demirəm də, sən kökündən vurursan. Bir vaxtlar deyirdilər ki, imkan vermirlər. İndi imkan var, sərbəstsiniz, amma heç nə edə bilmirlər, çünki bitiblər. İndi çox istedadlı gənclər gəlir, yaxşı gəlirlər. Bir dəfə Eldar Quliyev özü də etiraf edib ki, “Nizami” filmində Nizamini Müslüm Maqomayevə verəndə həyəcanından falçıya da gedib ki, ona etibar edim, ya yox. Falçı deyib ver. Deyir Nizamini filmin sayəsində tanıdım.
- Filmi çəkə-çəkə hələ Nizamini öyrəndiyi filmdə də hiss olunur...
- Olunur də. O gün bir qısametrajlı “Mayak” filminə baxdım “Nizami” kinoteatrında. Çox gözəl film idi, Fariz Əhmədovun filmidir. “Ağ qan” adlı daha bir filmin adını çəkə bilərəm. Hamısı gənclərindir.
- Mən “Kuklalalar” filminə baxmışam, Çingiz Rəsulzadənindir.
- Yaxşı ssenarisi var, amma orda erməniləri çox qucaqlayırlar. Bunları nə qədər qucaqlamaq olar, onlarla döyüşdüyümüzü də göstərməliyik. “Dolu”da bunu elədik. Döyüşə bildiyimizi, oğulların nəyə qadir olduğunu verdik, ağlaşmadan qurtulduq.
- Bəs, “Dolu” kino sənəti kimi necədir?
- Orta səviyyəli filmdir. Şedevr deyil, amma üstün cəhətləri çoxdur, döyüş səhnələri tamaşaçını cəlb edir.
- Dünyaya çıxa biləcək?
- Yox, erməni-müsəlman məsələsi mane olacaq. Öz auditoriyamız üçün hesablanmış filmdir. Məsəl üçün “Sarı gəlin” artıq dünyaya çıxır, niyə çünki Yavər Rzayev Qarabağ həqiqətləri ilə bağlı yazını festivaldan əvvəl filmdən çıxarmışdı. Rejissorun məqsədi mükafat almaqdır, onu Qarabağ maraqlandırmır. “Dolu”da xoşuma gələn bir də o oldu ki, “Fəryad”la başlayan ağlaşmaya son qoyduq. “Fəryad” da yaxşı filmdir, amma texniki cəhətdən zəifdir. Ondan sonra da Qarabağ mövzusunda filmlər çəkildi, amma mən “Fəryad”dan sonra yalnız “Dolu”ni kino hesab edirəm. Bu gün seriallar da çəkilir televiziyada, hələ ki, çox bəsit, zəifdi. Halbuki teleseriallarla çox şey demək olar. “Sirr” bərbaddır, “Pərvanələrin rəqsi”ndə yaxşı aktyor seçimi var, amma ritm yoxdur, tamaşaçını yuxu tutur. Yersiz pauzalar var. “Bacanaqlar”, “Aramızda qalsın”, “Qaynana” bunlar iş deyil. Bu da indi formalaşmağa başlayır, amma mən serialları qəbul etmirəm. Nə vaxta qədər tanış-bilişi, dostu çəkəcəklər, bizdə serial olmayacaq. Onları bir mərkəzdən idarə etmək lazımdır, yəni serial çəkilişlərini.
- Azərbaycan kinosu ilə bağlı optimistsiniz?
- İldə 8 bədii film çəkilir. Müqayisə aparanda adamda belə bir fikir formalaşır ki, Azərbaycan kino sənəti inkişaf yoluna düşməkdədir.
- Niyə kino tənqidi yoxdur?
- Olmayacaq da, çünki tənqid edənə düşmən kimi baxırlar, kim tənqid edirsə onu silirlər.
Ramilə QURBANLI

2546 dəfə oxunub
Oxşar xəbərlər
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024