Sofiya Koppola: “Atamin filmini məhv edə bilərdim”

Sofiya Koppola:  “Atamin filmini məhv  edə bilərdim”
22 sentyabr 2011
# 11:51
Sofiya Koppola kinorejissordur, məşhur amerikalı rejissor Frensis Ford Koppolanın qızıdır. Onun “Tərcümənin çətinliyi” dramı orijinal ssenariyə görə Oskar, “Hardasa” filmi isə Venesiya festivalınının “Qızıl şir” mükafatına layiq görülüb. Sofiya Koppolanın “Zeit” qəzeti üçün yazdığı məqaləni sizə təqdim edirik:


Mənim filmlərimdə hansısa səbəbdən vətənsiz, yerdsiz-yurdsuz qalan çoxlu adam var. Onlar həyatlarının keçid mərhələsində özlərindən uzaqlaşır, yolun onları hara apacağını bilmirlər.

Bu individual böhrandır. Böyük dəyişikliklər dövrüdür. Özüm də belə oxşar vəziyyəti yaşamışam. Hər bir insan kimi. Və yəqin ki, mənim belə hekayətlərə şiddətli arzu duymağımın əsas səbəbi də budur.

Mən öz filmlərimin qəhrəmanlarını qorumaq istəyirəm. Məsələn, onları yanlış başa düşən adamlardan.

Obrazlarımı dünyaya mən gətirirəm və onları stereotiplərə, yaxud tez-tələsik, ehtiyatsız deyilmiş mühakimələrə təslim etmək istəmirəm. Onlar nə yaxşı, nə də pisdilər. Onlar sadəcə, mövcuddur.

Mən qəhrəmanlarıma onların inkişaf edə biləcəyi, rahat ola biləcəyi məkan vermək istəyirəm.

Azadlığımı qorumaq üçün diqqətimi filmlərimin mümkün qədər az büdcə ilə çəkməyə yönəldirəm.

Yanımda sonda “sən hər şeyi başqa cür etməliydin” deyəcək kimsə yoxdur.

Mənim arzum həm də bir çox detallar əsasında qurulur.

Məsələn, filmin bir səhnəsində iki striptiz oynayan qadın öz şəxsi şüvülünü (striptizlə məşğul olan rəqqasələrin ətrafında oynadığı sütun – S.S.) gətirir və sonra onu yenidən söküb aparır.

O zaman bu rəqqasələr peşəkar kimi hərəkət edirlər. Belə bir detal bütün situasiyanı kədərli və ya şən edə bilər. Mənim üçün filmlərimdə bu cür kiçik şeyləri göstərmək böyük, dramatik səhnələri göstərməkdən daha vacibdir.

Qəhrəmanlarımdan fərqli olaraq mənim həmişə “vətənim var” kimi hissim olub.

Hərçənd balaca olanda, atamla bərabər onun çəkiliş apardığı məkanlara tez-tez səfər edirdik. Sonra biz bir neçə ay Filippində və ya Oklahomada qalırdıq, amma səfərlər xoşuma gəlirdi.

Bizim həqiqi evimiz San Fransiskonun şimalında - Napa Valleydə yerləşirdi. 70-ci illərdə ailəmiz Nyu-Yorkdan ora köçdü.

Biz səfər etməyəndə mən də başqa uşaqlar kimi məktəbə gedirdim. O zaman uşaqlığın necə böyük üstünlük olduğunu dərk etmirdim. Mən onda hələ heç nə bilmirdim.

Atam Napa Valleydə uzüm yetişdirməyə başladı, əvvəlcə hobbi kimi. Bu gün onun çaxır zavodu elə uğur qazanıb ki, hətta filmlərini maliyyələşdirir.

Balaca olanda, hər il payızda məhsul yığımı bayramı olurdu və biz ayaqyalın üzümü əzmək üçün çənə girirdik.

Bizim filmlərimiz həm də bizim ailə məsələmizdir. Hələ mən balaca olanda atamın yanında kamera arxasında dayanırdım.

Qardaşım yeni filmimin prodüseridir. Bundan əvvəl isə atam idi, bəzən isə tək oluram. Biz bir-birimizə sıx bağlıyıq. Və mən həm də çoxlu köhnə dostlarımla işləyirəm.

Tanıdığın insanlarla işləmək daha asandır. Hər şey tez başa gəlir, hər xırda eyham başa düşülür.

18 yaşımda “Xaç atası“ filminin üçüncü hissəsində Vaynona Rayderi əvəz etməli oldum. Bəzi tənqidçilər mənə qarşı amansız oldular. Bəziləri hətta dedilər ki, mən atamın filmini məhv edə bilərdim. O dövrdən 20 il keçib.

Amma indi yaxşıyam, sağ olun. Onsuz da mənim arzum aktrisa olmaq deyildi.

İstənilən halda o vaxtdan bilirəm ki, yaralana bilən aktyor necə ola bilər. Çalışıram ki, bacardığım qədər aktyorlara kömək edim. Həm də onları qoruyum.

Almancadan çevirdi: Sevda Sultanova
# 1172 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #