Emmy Mükafatlarında qaliblər kimlərdir?

Emmy Mükafatlarında qaliblər kimlərdir?
19 sentyabr 2011
# 11:59
Televiziya dünyasının Oskarı sayılan Emmy Mükafatları sahiblərinə çatıb.

Los-Ancelesdə keçirilən 63-cü Emmy Mükafatlarının builki sahibləri məlum olub. Mükafatlandırma gəcəsinin aparıcısı aktrisa Ceyn Linç olub.

Keçən il ən yaxşı komediya serialı seçilən “Müasir ailə” bu il də eyni mükafatı qazanıb. Serial heyəti komediya serialında ən yaxşı köməkçi aktrisa, ən yaxşı köməkçi aktyor, ən yaxşı ssenari və ən yaxşı rejissor da daxil olmaqla 4 mükafat qazanıb.

Üç ildir ən yaxşı drama mükafatını qazanan “Dəli Kişilər” serialı bu il dördüncü dəfə qalib olub.

Gecənin ən gözəl qaliblərindən olan Keyt Uinslet ən yaxşı mini serial nminasiyasında mükafatlandırılıb.

Emmy Mükafatlarının digər sahibləri bunlardır:

Ən yaxşı komediya aktyoru: Cim Parsons, “Big Bang Theory”

Ən yaxşı komediya aktrisası: Melissa Makkarti “Mike & Molly”

Ən yaxşı dram aktrisası: Julian Margulies “The Good Wife”

Ən yaxşı dram aktyoru: Kayl Çendler "Friday Night Lights"

Ən yaxşı mini serial aktrisası: Keyt Uinslet, "Mildred Pierce"

Ən yaxşı mini serial aktyoru: Barri Peppers, "The Kennedys"

Ən yaxşı mini serial: "Downton Abbey (Masterpiece)"

Ən yaxşı komediya serialı: “Modern Family”
Ən yaxşı dram: “Mad Men”

Günel ƏSGƏRZADƏ
# 2118 dəfə oxunub

Oxşar xəbərlər

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

13:30 2 noyabr 2026
“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

13:00 2 noyabr 2026
Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

11:00 2 noyabr 2026
Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər