Venesiya festivalı açıldı - AYRINTILAR

Venesiya festivalı açıldı - AYRINTILAR
2 sentyabr 2011
# 11:26
Bu günlərdə İtaliyda 68-ci beynəlxalq Venesiya festivalının açılışı olub. Kulis.az-ın France-Presse agnetliyinə istinadən verdiyi xəbərə görə, festivalın tarixində ilk dəfə olaraq birdən-birə iki film nümayiş olunub.

Festivalı Corc Kluninin əsas proqrama daxil olan “The Ides of March” siyasi dramı açıb. Süjetin əsasında Amerikada prezident seçkiləri dayanır. Kluni filmdə həm də baş rollardan birini ifa edir.
Qeyd edək ki, bir çox kino mütəxəssisləri filmin kommersiya xarakterli olması səbəbindən onun festivala qəbul olunmasını düz hesab etmir.

Sonra isə rus rejissoru Viktor Kosakovskinin “Yaşasın antipodlar” sənədli lenti göstərilib.
Əsas proqram çərçivəsində 22 film təqdim olunacaq. Onların arasında məşhur rejissorlar A.Sokurovun, R.Polanskinin, D.Kronenberqin, F.Harrelin ekran işləri var.

Amma rejissor R.Polanski 30 il əvvəl törətdiyi seksual zorakılığa görə beynəlxalq axtarışda olduğundan festivala qatıla bilməyəcək. Onun bir çox Avropa ölkələrinə, həmçinin İtaliyaya girişi qadağandır.

Jürinin sədri 2008-ci ildə Venesyada “The Wrestler” dramına görə “Qızıl Şir” alan Darren Aranofskidir.

Rəna Nevzat
# 1918 dəfə oxunub

Oxşar xəbərlər

“Bir səfərin izi ilə - ABŞ”  filminin təqdimatı oldu

“Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı oldu

15:21 28 fevral 2026
“Scream 7”nin premyerasında boykot

“Scream 7”nin premyerasında boykot

12:38 28 fevral 2026
"Kıskanmak"da növbəti ayrılıq

"Kıskanmak"da növbəti ayrılıq

13:20 26 fevral 2026
Məşhur serial bu tarixdə bitəcək

Məşhur serial bu tarixdə bitəcək

18:00 25 fevral 2026
Giray Altınokdan yeni serial: "Gustav"

Giray Altınokdan yeni serial: "Gustav"

17:50 24 fevral 2026
Lili Kollinz Odri Hepbern  obrazını canlandıracaq

Lili Kollinz Odri Hepbern obrazını canlandıracaq

15:00 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər