Vinni Pux – cinsi bilinməyən ayı balası

Vinni Pux – cinsi bilinməyən ayı balası
8 avqust 2011
# 06:00
Plüş ayı balası Vinni-Pux (ingiliscədə “Puh”) personajı ilə oxucular ilk dəfə ingilis yazıçı Alan Aleksandr Milnin povest və şeirlərində tanış oldular.

1960-1970-ci illərdə Boris Zaxoderin əsəri yenidən nəql etdi. Daha sonra Leonovun səsləndirdiyi “Soyuzmultfilm” studiyasının filmləri Vinni-Puxu Sovet İttifaqında da məşhur etdi.



Vinni-Pux necə yaranıb?

Milnin kitablarının digər əksər personajları kimi ayı balası Vinni də həqiqi obrazdır. Leytinant Harri Kolborn tərəfindən 1914-cü ildə 20 dollara alınmış bu ayı Birinci Dünya müharibəsi vaxtı İngiltərəyə gətirilib. Tezliklə londonluların sevimlisinə çevrilən sevimli heyvana yazıçının tək övladı Kristofer Robin də biganə qalmayıb.
4 yaşlı Kristofer Robin atasının 1924-cü ildə aldığı ayı oyuncağına elə Vinni adını qoyub.

1981-ci ildə 61 yaşlı Kristofer Robin Miln London zooparkında Vinniyə heykəl qoydurub. “Vinni” adlı oyuncaq ayı isə hazırda Nyu-York kitabxanasının uşaq otağında yerləşir.

Yazıçı Miln əsərlərini arvadı Dafna Selenkura həsr edib. “Panç” jurnalının karikaturaçısı Ernest Şepard 4 kitabın hazırlanmasında yazıçı Milnə köməklik göstərin və personajın şəkillərini hazırlayıb.


Vinninin dostları da həqiqidir

Miln əsərin digər qəhrəmanları – Danqaburun (donuz balası), İa-ia (uzunqulaq), Kenqa və Balaca Ru (kenquru), Pələng də Robinin oyuncaqları olub. Yalnız iki obrazı – Dovşan və Bayquşu yazıçı özündən uydurub.

Puxun ən yaxın dostu olan donuz – “Danqaburun” oyuncağını Robinə qonşuları hədiyyə edibmiş. Quyruqsuz uzunqulaq İa-ia, Kenqa və Balaca Ru, Pələng oyuncaqları isə valideynləri tərəfindən “gecə nağılları”nı daha da zənginləşdirmək üçün alınıb.

Əsərdə 1920-ci illərdə orta təbəqəli ingilis ailəsi təsvir olunub. Miln əsərdə uşağa sevgi və qayğı, böyüklərin qərarlarına qarışmama kimi məqamların olması onu SSRİ-də sevdirdi.

Vinninin sevdiyi şeylər

Pux şeirlər oxumağı və bal yeməyi sevir. Onu uzun cümlələr qorxudur. Ağlına mükəmməl ideyalar gəlir. Unutqandır. Səyahətə, macəraya meyllidir. Əsərin tərcüməçisi Boris Zaxoder Vinnini Don Kixot, Hamlet və Şveyk kimi obrazlara bənzədir.

Əsərdə balaca ayı balasının cinsi tam olaraq göstərilmir. Miln əsərin bəzi yerlərində Puxa “he” – kişi cinsi kimi, bəzi yerlərində isə “it”- orta (cansız) cins olaraq göstərir. Ümumilikdə isə zooparkdakı Vinnipeq dişi cinsi olub. Adı da ingilis tələffüzündə qadın adı kimi səslənir.

Vinninin ekranlaşdırılması

1929-cu ildə Alen Miln əsərin müəlliflik hüquqlarını Amerika prodüseri Stiven Slezinqə satıb. Daha sonra 1961-ci ildə “Disney” şirkəti Slezinqdən müəllif hüquqlarını alıb.

“Vinni Pux və dəlisov gün” filmi isə 1968-ci ildə “Oskar” mükafatlarına “Ən yaxşı qısametrajlı cizgi filmi” nominasiyasında namizəd olub.

Daha sonra çoxlu sayda tammetrajlı və qısametrajlı ekran verisyaları çıxıb. 2007-ci ildə əsərə yeni personaj – 6 yaşlı qızcığaz Darbi daxil edilib.

Ən son ekran versiyasının bu il çıxacağı gözlənilir.

Günel ƏSGƏRZADƏ
# 4067 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Kino Mərkəzində “29 imza…” sənədli filminin təqdimatı olacaq

Nizami Kino Mərkəzində “29 imza…” sənədli filminin təqdimatı olacaq

18:00 24 iyul 2026
Tom Holland yeni filmində məşhur rəqqası canlandıracaq

Tom Holland yeni filmində məşhur rəqqası canlandıracaq

17:20 24 iyul 2026
Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı  uğrunda mübarizə aparacaq

Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda mübarizə aparacaq

13:00 24 iyul 2026
“Kapitan və Xəzər dənizi”  sənədli filmi beynəlxalq festivalda

“Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda

12:00 24 iyul 2026
Venesiya Film Festivalının proqramı açıqlandı

Venesiya Film Festivalının proqramı açıqlandı

11:00 24 iyul 2026
"Ayaqlarımız kəsik-kəsik olmuşdu" - Deymon "Odisseya" haqqında danışdı

"Ayaqlarımız kəsik-kəsik olmuşdu" - Deymon "Odisseya" haqqında danışdı

10:00 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər