Gerçəkləyən ssenarilər

Gerçəkləyən ssenarilər
12 aprel 2011
# 14:36
Təsəvvür edin, filmdə avtomobil qəzası keçirirsiz, bir neçə gün sonra bu real olur və ya filmdə həyat yoldaşınızı itirən bir insanı canlandırırsınız, filmin çəkilişləri bitənə yaxın bu hadisə də reallaşır...

Hansı aktyorlarda belə olub, bilmək istəyirsiniz?

Azərbaycanın məşhur aktrisalarından biri Nəcibə Məlikova obrazının həyatını yaşanlardandır. “Ögey ana” filmində baş rolun ifaçısı Nəcibə xanım elə həyatda da ögey ana olub.

Türk aktyoru Erol Günaydın çox fərqli rollar yaradıb. Ancaq Emre Altuğun “Aşk-ı Kıyamet” klipindəki rolunu heç vaxt unutmayacaq. Günaydın klipdə həyat yoldaşını itirmiş bir adamı canlandırır. Bütün günü onun xəyalı ilə yaşayır, ona qulluq edir, onunla gəzintiyə çıxırmış kimi davranır...və üstündən çox keçmir ki, Günaydının həyat yoldaşı xərçəngdən vəfat edir.

Qırx illik həyat yoldaşını itirən aktyor klipin reallaşdığına çox üzülüb. Hətta müsahibələrinin birində: “Hələ də yatanda yanımdaymış kimi hiss edirəm” deyərək ağlayıb.

Türk roker Barış Akarsu serialda sağ qalmışdı, həyatda öldü...

Barış Akarsu türk musiqi müsabiqələrindən birində tanınır. Tez bir zamanda dinləyici kütləsi yığır. Artıq kifayət qədər məşhur olan ulduza serial təklifi gəlir. “Yalançı yarım” adlı serialın baş rolunu ifa edir. Serialda ssenariyə uyğun olaraq bir avtomobil qəzası keçirir.

Çox keçmir ki, Akarsu avtomobil qəzasına düşür. Özü də ad gününün gecəsi.

Serialda “həyatını qurtarmaq” mümkün olsa da, reallıqda mümkün olmur. Bir neçə gün komada qaldıqdan sonra, həyatını itirir. O, komada olduğu müddətdə dinləyiciləri onu tək qoymurlar. Hər gün xəstəxananın önündə növbə tuturlar.

“Böyük dayaq” filmini xatırlayırsınız?

Filmdə baş rol ifaçılarından olan Ələsgər Ələkbərov filmdən sonra heç cür sağlamlığına qovuşa bilmir. Belə ki, filmdəki bir kadrda Ələsgər Ələkbərov arxadan ağac parçası ilə vurulur. Lakin onu vuran aktyor səhvən əsl ağac parçasını götürür və zərbə endirir. Aktyorun digər problemi isə böyrəkləri ilə bağlı olur. O, xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır. Beləliklə, aktyor yaratdığı Rüstəm kişi obrazını ekranlarda görə bilmədən dünyasını dəyişir.

Bu film haqda başqa bir hadisə də var.

Bir-birini sevən iki gənc – Qaraş və Maya. Yəqin ki aktyorları da xatırlayırsınız: Həsən Məmmədov və Tamilla Rüstəmova. Hər iki aktyor uğurlu rollar və filmlərlə seviliblər. “Böyük dayaq” filmdə evli olan cütlük elə real həyatda da evlənirlər.

Film tariximizdən daha bir oxşar misal...

“Dərviş Parisi partladır” filmində Şahbaz bəy və onun nişanlısı Şərəfnisə xanım rollarının ifaçıları da oxşar hadisə ilə qarşılaşırlar. Ənvər Həsənov (Şahbaz bəy) və Möminəxatun Qurbanova (Şərəfnisə) da ailə həyatı qururlar.

Belə izdivaclara film dünyasında çox rast gəlinir. Məsələn, ən yaraşıqlı cütlük – Bred Pitt və Ancelina Coli, Ben Aflik və Cenifer Qarner və s.

“Eşq hekayəsi” filmi izləyiciləri gözyaşlarına qərq etmişdi. Rayn O`Nil və Ali Mak Qryunun baş rollarını oynadıqları filmin mövzusu tragik bir eşq idi.

Filmdə Rayn O`Nil sevgilisini xərçəng səbəbindən itirir. Düz 40 il sonra hadisə təkrarlanır.
Baş rolun ifaçısı Rayn O`Nilin sevgilisi Fərəh Fovset bağırsaq xərçənginə tutulur. O`Nil filmdə olduğu kimi sevgilisi heç tək qoymur. Amma bütün cəhdlərə rəğmən, xəstəlik qalib gəlir.

Filippinli aktyor Kirk Abelanın başına gələn hadisə isə əsl bəxtsizlikdir. 32 yaşlı aktyor “Harasa getmək” adlı filmdəki roluna görə həyatını itirir.

Abela üzündə maska, belində silah çəkiliş aparılan kənddə polisdən gizlənməyə çalışırmış. Bunu görən yerlilər tez qoruqçuya xəbər verirlər. Silahlı basqına məruz qalacaqlarından ehtiyatlanırlar.

Abelanın silahının mərmiləri tam zərərsiz plastikdən olur. Ssenariyə uyğun olaraq silahı çəkəndə gözlənilməyən bir şey baş verir. Kənd qoruqçusunun əsl silahla ona vurduğu güllədən sonra aktyoru xilas etmək mümkün olmur.


Günel Əsgərzadə
# 1302 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #