“4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edilir

“4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edilir
6 avqust 2021
# 18:30

Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı xalqımızın Vətən müharibəsində qazandığı tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “4.4 Qısa Tamaşalar Festivalı” xalqımızın haqq savaşındakı qalibiyyətini Azərbaycan teatr tarixində əbədiləşdirməklə yanaşı, teatr mühitindəki sükunəti də aradan qaldırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək. Festival təkcə dövlət teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etməklə, yeni istedadların aşkarlanmasına da zəmin yaradacaq.

Müsabiqə müharibə mövzusundadır. Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.

Mükafat fondu birinci yer üçün 1.500, ikinci yer üçün 1.000, üçüncü yer üçün isə 750 AZN təşkil edir. Hər yer üzrə bir qalib seçiləcək.

Müsabiqəyə qəbul şərtlərinə əsasən festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər iştirak edə bilərlər. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur, təqdim edilən tamaşaların xronometrajı 15 dəqiqədən artıq olmamalıdır. Müsabiqəyə təqdim edilən işlər film-tamaşa formatında da ola bilər. İştirakçılar tamaşaların videoyazısını və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilən materiallar oktyabrın 15-dən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Son tarixdən gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq.

Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.

Təqdim edilməli materialların və sənədlərin siyahısı aşağıdakı kimidir:

Müraciət forması
Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində videoyazısı
Tamaşanın 30-60 saniyəlik treyleri.
Qeyd: Tamaşaların videoyazısı və treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.

Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
Tamaşadan 3 ədəd fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır).
Əlaqə vasitəsi: +994 506602025

# 2425 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #