"Silva" tamaşası nümayiş olundu

"Silva" tamaşası nümayiş olundu
21 dekabr 2019
# 15:54

Dekabrın 20-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünya şöhrətli bəstəkar İmrə Kalmanın “Silva” tamaşası ilə rusdilli tamaşaçıların görüşünə gələcək.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluş çudirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, quruluşçu baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Əsərin süjet xəttinin əsasında maraqlı bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini özgəsi ilə nişanlamağa hazırlaşırlar. Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada iki gəncin sevgi uğrunda mübarizəsi başlayır.

Rollarda Əməkdar artistlər - Nərgiz Kərimova, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Rauf Babayev, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli, Yulya Heydərova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Murad Əliyev və başqaları çıxış ediblər.

# 4108 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər