Mənim Kulis.az heyranlığım – İlham Rəhimli yazır...

Mənim Kulis.az heyranlığım – İlham Rəhimli yazır...
4 aprel 2018
# 15:56

Kulis.az professor İlham Rəhimlinin “Aşma” yazısını təqdim edir.

Qələm əhlinin peşəkarlıq yoluna çıxması üçün bir az qəliz, bir az möhtəşəm, bir az dolanbac, bir az da ağrılı-acılı sədd var. Qələminə güvənən, peşəsinin namusunu çəkən, dilimizə ehtiramla yanaşan, sözün urvatını ləyaqətlə qoruyan, qabiliyyətinin az müddətdə istedda çevriləcəyinə inamı olan hər bir gənc bu gözəgorünməz, lakin movcud səddi şərəflə aşa bilər. Kulis.azda belə istedadlı gənclər var və mən də bu guşənin adi bir izləyici-oxucusu kimi onların peşəkarlıq səriştələrinə məftunam.

Kulis.azın “ifadə obrazını” dəqiq müəyyənləşdirmək üçün “AŞMA”nın alpinistləri Ayxanın, Şərifin, Mirmehdinin, Aliyənin hərəsinin bir-iki yazısını oxumaq kifayətdir. AŞMA sözü elə onların adlarının baş hərifləridi. Ayxanın həzin lirizmi, Şərifin kövrəkliyə sığınan sərtlyi, Mirmehdinin fəlsəfə ətirli düşüncəsi, Aliyənin istənilən mövzuya dörd tərəfdən də yol tapa bilməsi heyranlıq doğurur.

Kulis az-çılar müsahibə janrına ecazkar əlvanlıq gətiriblər. Xoşuna daha çox gələn odur ki, bü qələmdaşlarım istənilən mövzuda sözün bakirəliyini, söz yazmaq ədəb-ərkanını ləyaqətlə qoruyurlar. İnamla və cəsarətlə deyirəm ki, (bu mənim qəti qənaətimdir və kimsə bununla razılaşmaya bilər) yolları sübhə açılan AŞMA “kvarteti” və sübhü təmsil eləyən müsahibə janrını mənim üçün esse, hekayə, povest və roman qədər hörmət-izzətə mindiriblər. Azərbaycan bədii təfəkküründə müsahibəni bu hörmətə qaldırmaq vallah əsl hünərdi. (Başqa janrlı yazılarsa öz yerində).

11 illik orta və 4+2 illik ali təhsili 7 ilə bitirmələri münasibətilə hünərli dostlarımı şadyanalıqla təbrik edirəm!

Yaradıcılıqda aşmadığınız aşırım qalmasın, əzizlərim!

# 1305 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #