1 ilə 250 qadın… – Dahilərdən İnanılmaz Faktlar

1 ilə 250 qadın… – <span style="color:red;">Dahilərdən İnanılmaz Faktlar
23 aprel 2019
# 12:10

Dahilərin də öz qəribəlikləri var. Bəlkə də adi adamlardan fərqləndikləri üçün onlara normal görünən vərdişlər digərlərinə qeyri-adi görünür. Beləliklə, 10 dahinin qəribəliklərinə birlikdə göz ataq.

Fridrix Şiller

Image result for fridrix shiller

Alman şairi və filosofunu nə gözəl qadınlar, nə də əsrarəngiz təbiət ilhamlandırırdı. Onu vəcdə gətirən çürük almalar idi! Şairin kabineti və yazı masasının yeşiyi çürük almalarla dolu olurdı. Əgər onun bu “sirrini” ən yaxın dostu Höte ağzından qaçırmasaydı, bəlkə də “Estetik tərbiyə haqqında məktublar” əsərinin müəllifinin “ilham mənbəyindən” heç xəbər tutmayacaqdıq.

Çürük almalarla müqayisədə sizi bəlkə də Şillerin digər vərdişləri daha az heyrətləndirəcək, amma yenə də yazmağı məsləhət bilirik. Deyilənə görə, o, kabinetinə al qırmızı pərdələr asırmış. Məktub yazanda isə ayaqlarını buzlu suya qoyurmuş. Bu onu ruhlandırırdı.

İohan Höte

Image result for iohan gote

Alman şair və dramaturqu Hötenin də öz qəribəlikləri vardı. Məsələn, o, kabinetinə təmiz hava sızmasına imkan vermirdi, dəhşətli dərəcədə yelçəkəndən ehtiyat edirdi. Həyat göstərdi ki, Hötenin bu qorxuları əbəs deyilmiş. Çünki “Faust”un müəllifi məhz soyuqdəymədən dünyasını dəyişdi. Son sözləri isə beləydi: “Xahiş edirəm, pəncərəni bağlayın!”

Hötenin sevmədiyi başqa şeylər də vardı: məsələn, itlərin hürməsi və sarımsaq qoxusu ona pis təsir edirdi, eynəkli adamlardan isə lap zəhləsi gedirdi.

Onore de Balzak

Image result for onore de balzak

Bu fransız yazıçısının düşkünü olduğu nəsnələr haqqında çox sözlər deyilir. Məsələn, o, qəhvəsiz həyatı təsəvvür etmirdi. Əlbəttə ki, söhbət 1-2 fincan qəhvədən getmir. Balzak gün ərzində 50 porsiyaya yaxın şəkərsiz tünd qəhvə içirdi! Deyilənə görə, “Bəşəri komediyanı” yazarkən o təxminən 15 min fincan tünd qəhvə içmişdi!

“Qəhvə mədəmin divarlarının cıdır atına çevirir, onlar alova çevrilib bütün bədənimi sarır, qığılcımları beynimə nüfuz edir. Bu andan başlayaraq hər şey məni həyəcana gətirir. İdeyalarım hərəkətə gəlir və şanlı müharibələrin şanlı ordularının batalyonları kimi addımlamağa başlayırlar” - Onore de Balzak kofe haqqında belə yazırdı. Kofenin sayəsində o 48 saat ara vermədən yazırdı!

Lev Tolstoy

Image result for lev tolstoy

Lev Tolstoy qeyri-adi mülkədar idi - o özü yer şumlayır, ot biçir, odun doğrayırdı. Fiziki iş onu gümrah saxlayırdı. İş görmədiyi günlər o özünü pis hiss edir, yuxuya gedə bilmirdi.

Dahi yazıçının başqa bir qəribə məşğuliyyəti də vardı - o, çəkmə tikib hədiyyə etməyi sevirdi. Kürəkəni Mixail Suxotin öz memuarlarında yazırdı ki, qayınatasının öz əlləriylə tikib hədiyyə verdiyi çəkməni “Hərb və sülh” kitabı ilə eyni rəfdə, böyük sevgiylə qoruyur.

Çarlz Dikkens

Image result for çarlz dickens

Bu ingilis yazıçısının qəribəliklərindən böyük bir kitab yazmaq olar. Əvvəla, o öz əsərlərinin personajlarıyla danışırdı, təngə gələndə isə hədələyirdi ki, bir də onlar haqqında bircə sətir belə yazmayacaq. “Oliver Tvistin macəraları”nın yazarı haqqında monoqrafiyalardan birinin müəllifi psixoloq Nandor Fador hesab edirdi ki, əgər Dikkensin qarabasmalarının yaradıcı xarakteri olmasaydı, ona əminliklə “şizofren” diaqnozu qoymaq olardı.

Bundan başqa, yazıçı morqlarda vaxt keçirməyi çox sevirdi. O bunu “iyrənc şeylərin cazibə qüvvəsi” adlandırırdı.

Mark Tven

Image result for mark tven

Amerika yazıçısı Mark Tven tənbəkiyə həddindən artıq aludə idi. Gün ərzində 40 siqar çəkirdi. Onun kabinetində olanlar danışırdılar ki, otağında siqaret tüstüsündən göz-gözü görmür. Bu məşhur ifadə də Mark Tvenə məxsusdur: “Siqareti tərgitməkdən asan iş yoxdur. Məndən yaxşı bunu kim biləcək? Min dəfələrlə bunu etmişəm”.

“Hakberri Finnin sərgüzəştləri” əsərinin müəllifi pişikləri çox sevirdi. O deyirdi: “Əgər pişiklərlə insanları cütləşdirmək mümkün olsaydı, insanlar bundan yalnız xeyir tapardı. Pişik cinsi isə əksinə zərər görərdi”. Mark Tven evində çoxlu pişik saxlayırdı. Hətta deyilənə görə, əsəbiləşəndə özü də pişik kimi donquldanırdı.

Aleksandr Puşkin

Image result for puşkin

Puşkini isə Balzak kimi kofe deyil, adicə limonad ilhama gətirirdi. “Xüsusilə gecələr yazmağa başlayanda limonad mütləq masann üstündə olmalıydı”, - deyə xidmətçisi Nikifora Fedorova xatırlayırdı.

Dahinin dostu Aleksandr Veltman yazırdı ki, Puşkin Bessarabiyada sürgündə olanda çarpayısında çılpaq uzanaraq tapançadan divara atəş açırdı. Depressiyada olan şair bu yolla qəm-qüssəsini unudurdu.

Gi de Mopassan

Image result for gi de mopassan

Fransız yazıçısı Eyfel qülləsinə nifrət edirdi. Onun fikrincə, bu qüllə Parisi eybəcərləşdirirdi. Ona görə də Eyfel qülləsinin restoranında nahar edirdi. Belə izah edirdi ki, bura yeganə yerdir ki, pəncərədən Eyfel görünmür.

Əslində Mopassanın qəribəliklərinə təəccüblənmək lazım deyil. Bir halda ki, onun əsərlərinin bir neçəsi bu sözlərlə başlayır: “Məni dəlilər özünə cəlb edir”...

Corc Qordon Bayron

Related image

İngilis romantik şairi həyatda o qədər də romantik deyildi. Onun arvadbazlığı hələ sağlığında əfsanəyə çevrilmişdi. Deyilənə görə, Venetsiyada keçirdiyi bir il ərzində o, 250 xanımı xoşbəxt etməyə macal tapmışdı.

“Don Juan”ın müəllifinin bir qəribəliyi də vardı - yemək masasında duzqabının olması onu qıcıqlandırırdı. Bundan başqa, şairin kökəlmə fobiyası vardı, ona görə səhər yeməyi zamanı hər dəfə eyni şey yeyirdi: çiy yumurtanın sarısı və şəkərsiz çay.

Nikolay Qoqol

Image result for qoqol

Qoqol məşhur qarınqulu imiş. Müasirlərini onun yemək manerası dəhşətə gətirirdi - tikələri acgözlüklə bir-birinin ardınca içəri ötürərək boşqabın üstünə elə əyilirdi ki, saçları az qala xörəyə toxunurdu. Ciblərində həmişə şirniyyat gəzdirirdi - peçenye, konfet, qənd... Bütün günü nə isə çeynəyirmiş. Yeməyə qarşı laqeyd olmadığı aşpazlıq məharətindən də bəlliydi. Xüsusilə makaronu ustalıqla hazırlayırdı - Romada yaşayarkən spagetti bişirməyin sirlərini öyrənmişdi. Amma taleyin oyununa baxın ki, yazıçı pasxa orucu vaxtı özünü həddindən artıq aclıqla sınağa çəkdiyi üçün dünyasını dəyişib.

Belə deyirlər ki, “Ölü canlar”ın müəllifi ildırımdan dəhşətli dərəcədə qorxurdu. Adamlardan qaçırdı, hətta paltarlarını da özü tikirdi. Qoqolun bir fobiyası da vardı - o diri-diri basdırılmaqdan qorxurdu. Belə ki, nə vaxtsa, malyariya xəstəliyinə yaxalanmış Bayronun bədəni keyiyib daşa dönərkən ətrafdakılar onu ölmüş zənn edib dəfn etmək istəmişdilər. Zavallı adam bundan sonra ömrünün sonuna qədər tafofobiyadan (diri-diri gömülmək qorxusu) əziyyət çəkmişdi, elə oturduğu yerdəcə yatırdı. Vəsiyyət etmişdi ki, əgər ölüb-eləyəsi olsa, ancaq bədəni çürüməyə başlayandan sonra onu dəfn etsinlər.

Deyilənə görə, Qoqolun qadınlarla heç vaxt əlaqəsi olmamışdı. Amma kişilərlə də münasibəti yox idi. Bu onun öz seçimiydi. Bununa belə, bu sirli adam həmsöhbətlərini ədəbsiz lətifələr və biabırçı ifadələrlə karıxdırmağı sevirdi...

# 6050 dəfə oxunub

Müəllifin son yazıları

# # #