2013-cü ilin ən uğursuz filmləri

2013-cü ilin ən uğursuz filmləri
3 dekabr 2013
# 13:59

“Forbes” jurnalı 2013 – cü ilin 5 uğursuz filmini müəyyənləşdirib. Kulis.Az-ın xarici mətbuat orqanlarına istinadən verdiyi xəbərə görə reytinqin tərtib olunmasında əsas olaraq kassa gəlirləri, filmə çəkilmiş xərclər əsas götürülüb.

İngiltərəli aktyor Benedikt Kemberbetçemin baş rolda oynadığı, Julian Assanc haqqında çəkilmiş “Beşinci hakimiyyət” (The Fifth Estate) filmi ilk sırada yer alır.

Uğursuzlar sırasında zirvədə yer almasının əsas səbəb kimi, 25 milyon dollarlıq filmin dünya prokatında 6 milyon dollar gəlir gətirməsi göstərilir.

Siyahının ikinci pilləsində Silvestr Stallonenin çəkildiyi "Qarşısıalınmaz" (Bullet to the Head) filmi gəlir.

Üçüncü yerdə Harrison Ford və Herri Oldmanın “Paranoya” (Paranoia) filmi dayanır. 35 milyon dollar büdcəsi olan film 13, 5 milyon dollar gəlir gətirib.

Dördüncü və beşinci yerlərdə müvafiq olaraq “Parker” (Parker) və “Qüsur şəhəri” (Broken City) filmləri qərarlaşıb.

# 2087 dəfə oxunub

Müəllifin son yazıları

# # #