AYB-dən Kamal Abdullaya dəstək mesajı

AYB-dən Kamal Abdullaya dəstək mesajı
15 iyul 2013
# 17:40

“Emin Piri səhv edib, onu qınayıram. Kamal Abdulla haqda o cür tonda danışmaq olmaz. Kamal müəllim hirslənib hansısa irad bildirə bilər. Ancaq Emin başını aşağı salıb susmalıdır”. Kulis.Az-a danışan Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid gənc şair Emin Pirinin yazıçı Kamal Abdulla haqda səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

R. Məcid Emin Piri ilə şəxsən danışacağını söyləyib: “Kamal Abdulla emosional adamdı. Kamal müəllim Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan zaman orda da insanlara emosional münasibətini göstərirdi. İnanmıram ki, o cürə hədələmə filan olsun. Kamal müəllim böyük yazıçıdır, gənclərə, yaradıcı insanlara dəstək olan adamdır”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun isə məsələyə münasibəti qısa oldu: “Kamal Abdullan o əxlaqın yiyəsi deyil. Mən buna inanmıram”. Ə. Əsgəroğlu AYB-nin məsələ ilə bağlı sabah geniş açıqlama verəcəyini söylədi.

# 1747 dəfə oxunub

Müəllifin son yazıları

# # #