Musa Yaqub: “ Bu yaşda Xalq şairi adını istəmirəm” – Müsahibə

<span style="color:red;">Musa Yaqub:  “ Bu yaşda Xalq şairi adını istəmirəm” – <span style="color:red;">Müsahibə
3 aprel 2019
# 18:14

Son vaxtlar ağır xəstəlikdən əziyyət çəkən, tanınmış Azərbaycan şairi, sabiq deputat Musa Yaqub səhhəti, AYB ilə münasibətləri ilə bağlı BakuPost.az-a qısa müsahibə verib. Kulis.az həmin müsahibəni təqdim edir.

- Musa müəllim, bir il xəstə yatağında yatdınız. Belə bir hiss yaşadınızmı ki, bu da son, ömür bitdi?

- Yox, imkanım olmadı onu düşünməyə. Ömürün bitməsindən qorxmamışam heç vaxt. Amma çox əziyyət çəkirəm. Səsim çıxmır, ayağım qalxmır ki, yeriyəm.

- Axırıncı dəfə nə vaxt şeir yazmısız?

- 3-4 gün bundan qabaq.

- Mövzu nə idi?

- Evin içində oturub evə tələsirdim. Bütün otaqları axtardım, yoldaşımı tapmadım. Yəni məhəbbət mövzusu.

- Zəlimxan Yaqub, Qəmbər Şəmşiroğlu ilə dost idiniz, get-gəliniz var idi. Onlar Allahın rəhmətinə qovuşub. Övladları yanınıza gəlirmi, kefinizi soruşurmu?

- Yox, nə Bəhlul, nə də Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili – red.) yanıma gəlməyib. Cavidlə ruh yaxınlığımız var, onun da həyat yoldaşı rəhmətə gedib. Ancaq gərək, onlar mənimlə əlaqə saxlayaydılar.

- Xəstə yatağında yatdığınız zaman müalicənizə Azərbaycan Yazıçılar Birliyi, birliyin sədri, xalq yazıçısı Anar dəstək oldumu?

- Yox, mən özüm də müraciət etdim, amma etmədilər. Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər. Dedilər, gərək icra başçısı desin, sonra kömək edək. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub. Dövlət də kömək etmədi. Bütün xərclərimi özüm çəkmişəm. Mənə prezident təqaüdü də verməyiblər.

- Sabah durub eşitsəniz ki, sizə "Xalq şairi” adı verilib, nə edərsiz?

- Mən daha Xalq şairi adını istəmirəm. Versələr də götürmərəm. Sabah-biri gün ölürəm, indi neynirəm o adı?


Şair körəlir və bu şeirini deyir:

Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?

O zorbala, bu ərköyün,
Üz qırmızı alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.

Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.

- Bir də görürsən ki, hansısa ortabab şairə fəxri ad da verirlər, hətta maşın da hədiyyə edirlər... Sizə necə?

- Onlara maşın verirlərsə, mənə də təyyarə düşür. (gülür)

# 4786 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #