“Onlardan ötrü darıxmıram” – Vaqif Bayatlıdan müsahibə və yeni şeirlər

<b>“Onlardan ötrü darıxmıram” – <span style="color:red;">Vaqif Bayatlıdan müsahibə və yeni şeirlər </b>
5 iyul 2017
# 11:00

Çoxdandır dəyərli şairimiz Vaqif Bayatlı ilə görüşüb söhbətləşmək istəyirdik. Alınmırdı. Ona qucaq dolusu suallarımız vardı.

Sonra elə oldu ki, səhhətində problemlər yarandı, bir neçə dəfə müayinə və müalicə üçün Türkiyəyə gedib gəldi. Həyat yoldaşı Tamam Bayatlı vasitəsi ilə mütəmadi əlaqə saxlasaq və haqqında xəbərlər versək də özüylə görüşmək yenə mümkün olmadı. Şair heç kimlə görüşmək və hətta telefonla danışmaq istəmirdi. İndi də belədir. O, kiməsə görünmək, nəsə danışmaq istəmir. Hətta dostları ilə görüşdən də imtina edir. Biz onunla yenə Tamam xanım vasitəsi ilə əlaqə saxlamalı olduq və suallarımızı yolladıq. Sağ olsun, cavablandırıb göndərib. Sadəcə şairin səhhətinə görə, onu yormamaq üçün həmin o qucaq dolu suallardan imtina eləməyə məcbur qaldıq.

Beləliklə, uzun fasilədən sonra Vaqif Bayatlı ilə yığcam söhbəti və iki yeni şeirini təqdim edirik.

- Vaqif müəllim, necəsiz? Özünüzü necə hiss edirsiniz?

- Məni, şeirlərimi yada saldığınız üçün hamınızın qarşısında şeirlərimlə birgə baş əyirik.

- Çox cəhd elədik görüşməyə, dedilər, heç kimlə görüşmürsünüz... Ancaq təsadüfən bir fotonuz yayıldı, yaxşısınız maşallah...

- Dünyanın bütün ağıllı saytlarında, qəzetlərində gözəl və ağıllı şəkilləriniz çıxsın. Hər biri bir sevgi dəliliyi, sevgi romanı, sevgi nəğməsitək baxılsın, oxunsun.

- Sizin bu guşənişinliyiniz Selinceri yada salır...

- Selincerin xətrinə dəyməsin, mən Selincer kimi yox, böyük sözün rəngini dəyişdirən Sultan Füzuli Fateh və dünyanın rəngini dəyişdirən Sultan Mehmet Fateh kimi guşənişin olmaq istərdim.

- Axşamlar havada gəzirsiniz?

- Gəzə biləndə - mən addımlara yox, addımlar mənə tabe olanda, hərdən səkkizi ayağımla yox, əlimlə də yazıram.

- Yazmaq, oxumaq nə yerdədir? Ədəbi mühiti izləyə bilirsiniz?

- Mən ancaq Füzuli “Leyli və Məcnun”unu və Servantesin “Leyli və Məcnun”unu - “Don Kixot”u izləyirəm. Servantes Füzulinin yarısı səviyyəsinə qalxa bilməsə də, hər halda nəsə edib.

- Bob Dilanın Nobel almasını necə qarşıladınız?

- O, əvvəl mükafatı almaq istəmirdi. Sonra mükafata da, Nobelə də, bu dünyaya da məğlub oldu. Ümumiyyətlə, Nobel alanların əksəriyyəti müxtəlif ölkələrdə yaşayan yəhudilərdir. Hərdən bir-iki nəfərə də “xala xətri qalmasın” Nobeli verirlər.

- Sizdən ötrü darıxan həmkarlarınıza və oxucularınıza nə deyirsiniz?

Mən onlardan ötrü darıxmıram, çünki cismani yaxınlıq ruhi yaxınlığın yanında heç nədir. Mənim ruhum hər an hamıyladır. Mən hər iki dünyada hamını sevən, ən əsası isə hamını hamıya Sevdirən varlığam. Sevmək əslində ən uca halında hər iki dünyada da hamını hamıya sevdirməyə çevrilir. Siz də sevməyə, sevdirməyə çevrilin, sevgililər!

Sözlərin seçdiyi şeirlər

Qəhrəmanlıq - Tanrının bir anlıq qəlbi

Qəhrəmanlıq şeirlərini

Bəndələrə badə şairlər,

Qəhrəman şeirləriysə,

Allaha əbədi canlar,

göyə göy atlı,

göy qanadlı qılınclar,

xan, sultan, əmir bayraqlar,

yerə günəş dabanlar,

günəş ayaqlar yazar.

Sözlər də şairi seçəndə

Adam nə zaman Şair olur?

O vaxt artıq şair sözləri yox,

sözlər şairi sevir, seçir,

şairlə bir nəfəs alır,

şair Söz olur, Söz şair,

həm də, həm də o anlar

hər sevinən sözlə bir-bir,

təkcə Allah şairi yox,

şair də Allahı sevindirir.

# 931 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

12:00 26 oktyabr 2024
Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

15:00 24 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
#
#
# # #