Nazim Hikmətin ad günü 65 il əvvəl Türkiyədən qaçdığı gəmidə qeyd olundu - FOTO

Nazim Hikmətin ad günü 65 il əvvəl Türkiyədən qaçdığı gəmidə qeyd olundu - FOTO
15 yanvar 2016
# 15:32

İstanbulda Türkiyənin məşhur şairin Nazım Hikmətin anadan olmasının 114-cü illiyi münasibətilə tədbir keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, İstanbulun Sarıyer bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən mərasim böyük şairin 1951-ci ildə Türkiyədən qaçdığı “Beyaz Martı” gəmisində başlayıb.

Nazim Hikmətin doğum günü üçün hazırlanmış tortu Sarıyer bələdiyyəsinin sədri Şükrü Gənclə şairin Moskvada yaşayan ögey qızı Anna Stepanova kəsiblər.

Şükrü Gənc tədbirdə çıxış edərək bildirib ki, Nazim Hikmətin vəsiyyətlərinə əməl edəcəklər. Bələdiyyə sədri şairə həsr olunmuş tədbirlərin davam edəcəyini vurğulayıb.

Mərasimdə Türkiyənin tanınmış sənət ustaları Nazım Hikmətin əsərlərinə bəstələnmiş musiqi parçalarını ifa ediblər.

Anna Stepanova APA-ya təəssüratlarını bölüşüb: “Çox xoşbəxtəm, Nazim Hikməti Rusiyada hami sevir. Onun Türkiyədə də bu qədər sevildiyini görmək məni çox sevindirdi. Bu tədbir mənim üçün sürpriz olmadı. Türkiyədən çox insan mənim evimdə olub. Nazimi çox yaxşı xatırlayıram. Mən Türkiyəni də öz Vətənim sayıram”.

Qeyd edək ki, 1938-1950-ci illərdə Bursa şəhərində həbsdə saxlanılan Nazim Hikmət əfv edilərək azadlığa çıxıb. Bir müddət İstanbulda yaşayan şair həyatına təhlükə olduğunu görərək, 1951-ci ilin avqustunda gəmiylə Rumıniyanın Kostansa limanına qaçıb. Oradan Buxarestə, sonra isə Moskvaya gedib. Moskvaya gələndən 2 gün sonra SSRİ Yazıçılar İttifaqının sədri Aleksandr Fadeyevin başçılığı ilə onun şərəfinə rəsmi qəbul keçirilib.

1963-cü il iyunun 3-də Moskvada vəfat edən Nazim Hikmət orada dəfn olunub.

# 2346 dəfə oxunub

Oxşar xəbərlər

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
MÜZAKİRƏ:   "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

12:03 30 sentyabr 2026
Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər