[b]Musa Yaqubun qızı: “Atam artıq yeriyə bilmir, səsi çıxmır... “[/b]

[b]Musa Yaqubun qızı: “Atam artıq yeriyə bilmir, səsi çıxmır... “[/b]
23 may 2018
# 10:45

Artıq bir neçə gündür ki, şair Musa Yaqubun səhhətinin ağırlaşması ilə bağlı məlumatlar yayılır. Məsələ ilə bağlı şairin qızı Yaqut Yaqubova “Yeni Müsavat”a danışıb. Kulis.az müsahibəni təqdim edir.

“Bildiyiniz kimi, atam parkinson xəstəliyindən əziyyət çəkir. Son vaxtlar ürəyinə su yığılmışdı, təngnəfəsliyi çox idi. Lakin müalicə aldı, bu problem bir qədər azaldı. Qeyd etdiyim kimi, 20 ildir ki, parkinson xəstəliyi onun səhhətinə təsir edir. Hətta həkimlər qeyd edib ki, 20 il bu xəstəlikdən əziyyət çəkib, yenə də yerimək, gümrah olmağın özü möcüzədir. Xəstəliyə qarşı dərmanları da, həkimi də Türkiyədən gətizdiririk”.

Yaqut Yaqubova atasının artıq yeriyə bilmədiyini deyib:

“İndi isə ayaqlarında çox böyük problemlər var, artıq yeriyə bilmir. Səsində də problemlər var. Lakin yaddaşı, zehni yerindədir”.

Onun sözlərinə görə, Musa Yaqubun səhhətinin kəskin pisləşməsi fevral ayına təsadüf edib:

“Bu ilin fevral ayından birdən-birə dəyişdi. 2-3 həftə olar ki, lap zəifləyib. Onun üçün araba almışıq, çətinliklə arabanın köməyi ilə həyətə düşür. Bilirsiz ki, atam ömür boyu çılğın insan olub, həmişə çöldə-bayırda gəzib. İndi evdə oturmağı ona pis təsir edir. Tez-tez özünə, mənə sual verir ki, ”ayaqlarım niyə belə oldu?"

Yaqut Yaqubova atasının səhhəti ilə bağlı heç bir quruma müraciət etmədiklərini deyib: “Bizə kömək lazım deyil, heç nəyə ehtiyacımız yoxdur. Həmişə problemləri özümüz həll etmişik, atamız da gözü tox, halal insan olub. Şükür ki, az-çox özümüz problemləri həll edirik.

Telefonumuz susmur. Hamı, dostları, şair və yazıçılar, jurnalistlər zəng edir, qonaq gəlirlər. Dünən çoxlu sayda qonaqlarımız oldu, buna görə hətta axşam çox halsız vəziyyətə düşmüşdü. Türkiyədən, bir çox ölkələrdən onun dostları zəng edir, hal-əhvalını soruşurlar. Bu baxımdan biz hər kəsdən razıyıq.

Buynuz kəndindən kənara çıxmaq istəmir. Hətta səhhəti ilə bağlı Bakıya aparmışdıq, tez-tez kəndə getmək istədiyini deyirdi".

Yaqut Yaqubova şairin hazırkı arzu və diləklərindən də söz açıb:

“Bir-iki şeiri var, onları yazmaq istəyir. Hərdən mənə deyir ki, ”şeirləri deyim, sən yaz". Məsələn, Xaqani Şirvani ilə bağlı çox gözəl şeir yazmaq istəyir. Xaqani onun çox sevimli şairidir, vaxtilə ona poema da həsr edib. İndi də poema yazmaq istəyir.

Bu yaxınlarda isə “Buynuz qəbiristanlığı” adlı şeir dedi, lakin onu yazmağa imkan tapa bilmədim. Yəni hazırda istəkləri ancaq bundan ibarətdir".

# 1767 dəfə oxunub

Oxşar xəbərlər

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

14:50 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Satiralarına görə teatra senzura tətbiq edilən ingilis yazıçı kim idi?

Satiralarına görə teatra senzura tətbiq edilən ingilis yazıçı kim idi?

12:30 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər