Həsənoğludan əvvəl Azərbaycan dilində yazılmış ilk şeirMƏTN

<b>Həsənoğludan əvvəl Azərbaycan dilində yazılmış ilk şeir</b> – <span style="color:red;">MƏTN
30 yanvar 2018
# 10:51

Azərbaycan dilində (türkcəsində) yazılmış ilk şeir İzzəddin Həsənoğlunun qəzəlləri deyil, Şəms Təbrizinin (1185 – 1248) şeiri imiş. Kulis.azın məlumatına görə bu barədə tarixçi Əkbər N. Nəcəf yazıb.

Həmin şeir Həsənoğlunun şeirlərindən 50 il əvvəl qələmə alınıb.

Şeir Mövlana Cəlaləddinin əlyazmaları arasında yer alıb, 1930-cu illərdə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi müəllimlərindən M.Şərafəttin tərəfindən ortaya çıxarılıb.

Həmin şeiri təqdim edirik:

Ussun varsa ey akıl

Aldanıb kıl zinhar mala.

Şol nəsnə ya ki sən koyub,

Gidəsin ol bunda kala.

Zəhmətini görübənin,

Dürərsin dünya malını,

... xarç edib səni,

Anmaya ... zəhi bəla.

Sənu unudur dostların,

Oğlun kızın avratların,

Ol malını üləşsələr

Hesab edüp kıldan kıla.

Kilmayalar sana vəfa,

Bunlar bay ola sən gəda,

Sənin içün virməyələr,

Bir parə ətmək yoksula.

Bir dəmliğa ağlaşalar,

Andan varup bayraşalar,

Səni çukura gömüşüp

Tiz dönələr gülə-gülə.

Ol kim gidə uzaq yola,

Gərək azık ala bilə,

Almaz isə yolda kala,

Itməyə hər giz mənzilə.

Vidi sana malı Çalab,

Ta hayra kılasın səbəb,

Xeyr eylə, kıl hakkı tələb

Vermədən ol malın yelə.

Bu gün sevinirsin bənim,

Altunum akçəm çok deyü,

Anmazmısın ol günü,

Kim möhtac olasın bir pula.

Əssitməyə malın sənin,

Hoş olmaya halin sənin,

Nəsnərməyə əlin sənin,

Gər sunmadınsa əl əla.

Ol mal didügün mar ola,

Hakkakirun tar ola,

Hər giz mədəd bulmayasın,

Çevrə bakub sağ u sola.

Ilttin isə anda çarak,

Ola sana ol xoş turak,

Bundanə kim kıldın yarağ,

Anda sana karşu gələ.

Mal sərmayə kılgil azık,

Hakka inanırsan bayık,

Yap ahirət dünyayı yık,

Ta irəsin xoş mənzilə.

Çün ola əlində dirəm,

Güç yettikçə kılgil kərəm,

Öyüt budur ki ben dirəm,

Dövlət anın öyüt ala.

Ayıtma malın ola tələf,

Hak bir binin verir verir haləf

Kılgil sələf kılma aləf,

Ver nə kamu zayi ola.

Dilər isən eyşi əbəd,

Dut kıl nə didisə ol əhəd

Andan dilə hər dəm mədəd

Ta irişəsin hasıla

Böyle buyurdu Lem yezəl

Bilin bəni qılın aməl

Tərk eyləniz tuli əməl,

Uymayız hər bir batıla.

Yoxsul isən sabreylə gil,

Gər bay isən hayreylə gil,

Hər bir hala şükreylə gil,

Hak döndürür haldan hala

Dünya anın, ahrət anın,

Nimət anın, mihnət anın,

Tamu anın, Cənnət anın,

Dövlət anın kanı bula.

Hakka bana na mal gərək,

Nə kıl gərək, nə kal gərək,

Diləyim yü hal gərək,

Kəndüzini bilən kula.

Bən bir biçarə ey ilah,

Yavlak çok eylədim günah,

Yazıklarımdan ah ah,

Nə şərh edən gəlməz dilə.

Ey Şəms dilə Hakdan haki,

Biz faniyiz oldur baki,

Kamular anın mütaki,

Ta hod ki ol kimin ola.

# 5691 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər