Fahişə bədənini güllələyir dodaqlarım - Tural Turandan YENİ ŞEİRLƏR

Fahişə bədənini güllələyir dodaqlarım - <span style="color:red;">Tural Turandan YENİ ŞEİRLƏR
9 aprel 2018
# 15:45

Kulis.az gənc şair Tural Turanın yeni şeirlərini təqdim edir.

Unutmağın formulu

Yenə ağarmağa başlayır ayrılığın dan yeri,

Mamır basmış evlər oriental oynayır önümdə.

Qarşımdakı kilsə arxasını çevirir ayaqlarıma.

Yolunu dəyişirəm, əlikəsik gecənin,

yorğunluğun göbək atdığı bir tinə yaxınlaşıram.

Gözündən içki tökülür kafelərin, barların.

Bir də ayılıram ki, gözü göyərmiş ağrılarla

fahişə bədənini güllələyir dodaqlarım...

Artıq qaranlığın başına xına qoyur

əli güzgülü və lampalı günəş.

Mənsə gedirəm yatmağa,

yata-yata bu günü də ərə verəcəyəm...

Min illərdir beləcə

hələ də qabıq qoyur, unutmağın formulu.

Ovucda qarıyan dualar

(Ayxan Ayvaza)

Xoşbəxtliyin dişləri tökülür bu şəhərdə.

İnancların yanaqları batıb məbəd divarlarında.

Rahibə örtüklərində kirlənir tanrılar.

Dualar bir ovuc şam işığında qaranlığa bürünür.

Adamların başlarından çiyinlərinə

üçbucaq sərhəd cızır müqəddəslik...

Keşiş zınqırovları qəhqəhə çəkir

möminlərin şikəst günahlarına.

Tanrıya çatana qədər

ovuclarınızda qarıyan

dualarınızın sağlığına içirəm bu gecə.

Daha içkilər də dayəlik eləmir,

ərköyün və gözü eynəkli ağrılara.

On dörd gecəlik ay köməyiniz olsun,

aşağı faizlə pensiyaya çıxmış

dua təqaüdçüləri...

Dili kirayə vermək olmur…

Adam var ovcundan,

Adam da var cibindən atır özünü.

Ağrının nişan üzüyüdür intihar kəndiri.

Tanrı, çadrasından bir cüt göz ağardır deyə,

Hər adam ölümlə kəbin kəsdirə bilmir.

…İplə ağac arasında ölüm böyüdürük indi.

Başa düşün, dili kirayə vermək olmur,

Bu dünyada bircə kirayə var –

Yaradanın son mənzili…

Hər intihar xəbərinin başlığında

Bir vətən asılır dar ağacından.

Bütün şairlər ipə gözütox gedir,

Yerində qalan qələmlər ölür “acından”.

Şairlər özünü asdığı yerdən,

Aparın ölkənin bayrağın asın.

***

Hələ üç aylıqkən kəsdik

eşqimizi ana südündən.

Tənhalığın uşaq evinə verdik

bir cüt yalnızlığımızı.

Anlamadıq ki, ayrılıq

ölümün boy ölçüsüdü.

İndi bütün ayrılıqlar pəncərələrdə,

indi bütün yalnızlıqlar şəkillərdə böyüyür.

Bütün yanağı solmuş fotolar,

xoş günlərimizin

sinəsindən çıxarılmış gilizlərdi.

Sənli anlarımı soyuducu çərçivələrdə

süvinir saxlayıram, yonca qoxulum.

Ayrılığın əkin yeridi yanaqlarım,

gözlərim suvarır səpdiyin toxumları.

Sən gedəli kökü üstündə qarıdı çiçəklər,

qoxuları sarılıq keçirdi yasəmənlərin...

Qovuşmağın himnini yazıram tikanlı məftillərə.

2018

# 2578 dəfə oxunub

Oxşar xəbərlər

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər