#

Bu parçaları həyəcansız oxumaq mümkün deyil - ƏSƏRLƏRDƏN SEÇMƏLƏR

Bu parçaları həyəcansız oxumaq mümkün deyil - <span style="color:red;">ƏSƏRLƏRDƏN SEÇMƏLƏR
27 dekabr 2016
# 13:15

Kulis.Az Azərbaycan yazıçılarının əsərlərindən seçilən parçaları təqdim edir.

Cəlil Məmmədquluzadə

“Bu gün Kərbəla meydanı-Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.

“Necə qan ağlamasın daş bugün, qırxılır gör neçə min baş bu gün!” məqaləsi

Molla Nəsrəddin jurnalı 1909 (II)

Əbdürrəhim bəy Haqverdiyev

“Xudaya, mənim bu nahaq qanımı yerdə qоyma, pərvərdigara, mənim bir kəsim yоxdur, sən özün mənim yetim balalarıma pərəstar оl!” Sоnra gözünü Aya döndərib dedi: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid оl ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, оna müntəzir оlmayın. Gedin küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir кəs yоxdur, siz də şahid оlun кi, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb, оnun yeddi balasını yetim qоydular”.

“Ayın şahidliyi”

Cəfər Cabbarlı

Oх, Gültəkin, zavallı, nеçin еtdin? Mən, bütün həyatım odlar, qiyamətlər, cəhənnəmlər içərisində bеlə çırpınırkən, sənin хəyalınla yaşayırdım. Ona gah nifrət, gah pərəstiş, gah şikayət еdirdim. O bir Ulduzdu ki, daima ona doğru gеdirdim, fəqət indi hara gеdəcəyəm, hara? Nеçin, kimin üçün yaşayacağam? Еy ulu tanrım, aldığın bu dəhşətli intiqamlar nəyə qarşıdır, nəyə? İstəməm... Nifrət artıq... hər bir şеyə nifrət! Nifrət bütün həyata, bütün kainata, bütün varlığa! Nifrət sənə də, varsansa, еy gözə görünməyən, fəqət göz yaşlarından şərab qayıran, qanlı faciələrdən zövq alan möhtəris fahişə, nifrət! Oх, Gültəkin sən nə еtdin?

“Aydın”

İsa Hüseynov

Mənim gözüm çox şey görüb. Bu stolun üstündə haqq-hesab çəkdikcə ağlayanlar, gülənlər görmüşəm. “Elə yazma, belə yaz” deyib ayağıma yıxılanlar görmüşəm. Orucdan sonrakı direktorlar ilbəil “katibi pulunu ver” deyə-deyə hər il balans vaxtı bizi çarmıxa çəkəndə ikimiz də zar-zar ağlamışıq bu kabinetdə... Belə rəzillik görə-görə mən insanlıq aşiqi olmuşam.

“Şəppəli”

Əkrəm Əylisli

Əjdər:

-O alça dururmu һәlә?..

Sәrvәr dedi:

— Durur, niyә durmur... Sәn mәnim başımı bişirmә. Mәnim pullarımı ver.

— Pişpişә dә durur?

— Mәni dolayırsan?

— Dolamıram, soruşuram, dururmu o pişpişә?

— Durur, nә olsun ki?

— Mәn o pişpişәnin dibindә Әli oğlu Mürsәlin qızını öpmüşәm.

Sәrvәr dedi:

— Sәn piyansan, ağzına gәlәni çәrәnlәyirsәn! Әjdәr susdu, xeyli vaxt körük kimi fısıldadı, sonra öskürdü, sinәsindәn dәһşәtli xırıltı qopdu vә birdәn bu xırıltının içindәn qәribә, vaһimәli bir sәs çıxdı:

— O pişpişәyә deyәrsәn ki, Әjdәr ölür!..

"Ürək yaman şeydir"

Anar

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür.

Ömrün boyu çox rəqəmləri unudacaqsan: paoportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını.

Başqa rəqəmləri. Hamısını unudacaqsan.

Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda sənin üçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.

"Mən, sən, o və telefon"

Elçin

Mən tənhalıqdan qorxmuram. Mən belə fikirləşirəm: tənhalıq – təkbətəklikdir, insanın özü ilə özü arasındakı təkbətəklik; mən bu təkbətəklikdən zövq alıram, çünki mənim ən yaxşı müsahibim mən özüməm; çünki özümdən başqa heç kim məni başa düşməz, necə ki, mən başqalarını özləri kimi başa düşə bilmirəm; tənhalıq deyilən anlayış insan ömrünün tələbatıdır – bunu dərk etmədikdə faciə baş verir, dərk etdikdə isə hər şey öz qaydasına düşür.

“Qatar. Pikasso. Latur. 1968”

Yusif Səmədoğlu

Daha mən heç kəsin yuxusuna girmirəm. Son dəfə arvadın yuxusuna girdim, o da ağladı, mən də, o məni qucaqladı, mən onu, o mənim göz yaşlarımdan içdi, mən onun... Amma səhər ayılıb, arvad, Səlimə xanıma zəng eləyib, telefonda ağlaya-ağlaya yuxusunu ona danışdı. Vədələşib, günorta görüşüb, Təzə Pirə getdilər, orda mollaya beş manat verib, Səlimə xanım dedi ki, bir dua oxuyub, bu cavan gəlini, yuxusuna girən ölünün xofundan azad eləsin...

“Qətl günü”

İsi Məlikzadə


- Mən çəkməçiyəm, - dedi. – Yırtıq ayaqqabılara yamaq vururam. Vaqona minəndən sonra ürəyimdən keçdi ki, özümü böyük adam kimi aparım. O kişi var ha, - Fətulla – o elədi. Boy-buxunuma, bazburtuma baxıb, familiyamı soruşdu. Adımı yox ha, familiyamı… Başa düşdüm ki, məni vəzifəli, ixtiyarlı adam hesab eləyir.

"Qatarda"

# 1187 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar - Ulucay Akif

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar - Ulucay Akif

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

14:22 28 sentyabr 2024
Məni diksindirən gənc şairlər - Şərif Ağayar

Məni diksindirən gənc şairlər - Şərif Ağayar

14:07 28 sentyabr 2024
Bu darıxmaq ki var, itin balası... - Bizim şairlər niyə it kimi darıxır?

Bu darıxmaq ki var, itin balası... - Bizim şairlər niyə it kimi darıxır?

12:00 26 sentyabr 2024
#
#
# # #