7 yaşlı uşaq Mikayıl Müşfiqdən hekayə yazdı - MƏTN

7 yaşlı uşaq Mikayıl Müşfiqdən hekayə yazdı - <span style="color:red;">MƏTN
5 iyul 2018
# 09:30

Kulis.az 7 yaşlı Cəbili Yusifin yazdığı “Mikayıl Müşfiq” adlı hekayəni təqdim edir.

Biri var idi, bir yox idi Yusif adında bir oğlan var idi. Bir gün Yusif televizorda eşidir ki, Mikayıl Müşfiqin ad günüdür. Yusif tez dəftər-qələm götürüb Mikayıl Müşfiq haqqında hekayə fikirləşmək üçün, onu gözünün qabağına gətirdi. Mikayıl Müşfiq düz Yusifin qabağında idi. O, Yusifə dedi:

- Sən kimsən və adın nədir?

- Mənim adım Yusifdir.

- Bura necə gəldin?

- Mən sizi xəyal eləyirəm. Mən sizinlə söhbət etmək istəyirəm.

- Yaxşı gəl söhbət edək.

- Sizin ölümünüzdən iyirmi il sonra yenə məhkəmə olub və məlum olub ki, siz günahsız yerə güllələnmisiz. Sizin “Oxu, tar” və “Ana” şeirlərinizə mahnılar bəstələnib. Sizin dərs keçdiyiniz məktəb indi sizin öz adınızı daşıyır və bütün məktəblərdə sizin şeirlərinizi keçirlər. Sizin “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılınız bir çox ölkələrdə tanınıb və ona cizgi filmləri çəkilib. Sizin “Yenə o bağ olaydı” şeiriniz bütün Azərbaycanda tanınıb və biz bu şeri çox sevirik. Sizin dostunuz Əhməd Cavadın “Azərbaycan” şeiri bizim himnimizin sözləridir və Azərbaycan artıq müstəqildir. Sizdə özünüzdən danışa bilərsiniz?

- Mən iyunun 5-i ziyalı ailəsində dünyaya gəlmişəm. Mən indi həyatda olsaydım mənim 110 yaşım olardı. Mən anamı körpə vaxtı itirmişəm. Atamı isə 8 yaşında itirmişəm. Atam da müəllim və şair olub. Mənim ilk şeirim “Bir gün” olub və “Gənc işçi” qəzetində çap olunub. Mənim ilk kitabımın adı “Küləklər” olub. Mənim cəmi on kitabım çap olunub.

Universitetin buraxılış gecəsi öz həyat yoldaşım Dilbər xanımla tanış olmuşam. Mən onu rəqsə dəvət etdim. Biz evlənəndən sonra oğlumuz oldu və onun adını Yalçın qoyduq. O da körpə vaxtı xəstələnib dünyasını dəyişdi.

Mikayıl Müşfiq öz oğlunu yadına salanda ağlayırdı.

- Mən boş vaxtlarımda tar çalmağı çox sevmişəm. Mənim bir tarzən dostum var idi. O, bir gün bizə gələndə mən ona tara həsr etdiyim “Nə deməkdir?” şeirini oxudum. Dostum çox duyğulandı və “Yetim Segah” muğamını çaldı və mən də o vaxt “Oxu, tar” şeirini yazmışam.

Mən dənizi və bağları çox sevirəm. Mən ömrümün son yayını dostumun Mərdəkandakı bağ evində keçirmişəm və dostumun bacısı Arifəyə “Yenə o bağ olaydı” şeirini yazmışam. Bu mənim son şeirim olub.

Bir gün qapı döyüldü. Onlar məni apardılar və ailəmlə vidalaşmağa da qoymadılar. Onlar məni əksinqilabçı biliblər. Onlar məni yanvarın 4-ü apardılar. Yanvarın 5-i məhkəmə oldu və yanvarın altısı məni güllələdilər.

Yusif birdən xəyalından ayıldı və hamısını öz hekayəsində yazdı.

# 2300 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər