Utanmaq adlı gizli təşkilat – Tural Turandan YENİ ŞEİRLƏR

Utanmaq adlı gizli təşkilat – Tural Turandan <span style="color:red;">YENİ ŞEİRLƏR
8 fevral 2017
# 11:46

Kulis.az gənc şair Tural Turanın yeni şeirlərini təqdim edir.

Bir də var, həyasızca utanmaq

Gözlərin qolumdakı saatdan

On-on beş dəqiqə qabağa qaçır həmişə.

Hər gün doqquzun yarısı qarşılaşırıq metroda,

amma gözlərinin ürkək-ürkək sola zillənişi

Doqquza on beş qalmışı göstərir nədənsə.

Nə tərsdəndir, nə də tərslikdən, iti bucaq…

Göz qapağını təmiz aç, gözlərindən 10:10-u oxuyum

İkiəlli qucaqla məni…

Gözündəki duvağı aç, qarşıla ocaqla məni.

Bilirsən, utanmaq da gizli bir təşkilatdır,

Sirr verməz…

Çözülməz bir güllə atmadan

Şuşanı təslim etmək kimi gələr elələrinə.

İntihar etmək istəyərsiniz,

Sizi qürurlu düşünənlərə görə:

Amma tapançanızın barabanında

özünüzlə rus ruleti oynamağa

bir mərmi belə keçirməyi unudarsınız.

Bir də var, həyasızca utanmaq;

Məsələn, əla seks partnyorusunuz,

Üç-beş yoldaşınızın yanında

bunu qızara-qızara danışarsınız.

Belələrinin şevronunda

“dəniz pişikləri üçün” yazılır…

Sən də mənim kimisən, bilirəm,

Vaz keçdim bunları sənə yazmaqdan, silirəm…

İkinci çillə, 2017. Bakı

Tüstü salamı

Hər

bir gilə siqaret

ocağı, odu sönmüşlərdən

Tanrıya salam dolu tüstü,

Buğlu-buğlu, sac üstü...

...və bir ismarış:

“Məndən özünü istə tanrı,

Çıxarım içimdən verim.”

Bu nə üsyan, nə də devrim;

İmtahan öncəsi bir udumluq rüşvət –

Yerindəcə, isti-isti.

Tanrı, demə ki, sən də

Uşaqların anası kimi

siqaretin sonunu gözləyirsən.

Hər nə qədər yox desən də.

Öz aramızdı,

son qullabda şirin olur salamımız.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekan

# 3384 dəfə oxunub

Oxşar xəbərlər

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər