Rus yazıçısı Bakı haqqında roman yazdı

Rus yazıçısı Bakı haqqında roman yazdı
23 noyabr 2012
# 14:52

Boris Akuninin yenicə nəşr olunmuş “Qara şəhər” romanı Bakı haqqındadır. Romanda hadisələr 1914-cü ilin Bakısında baş verir.

Akuninin əsərlərinin həmişəki qəhrəmanı xarizmatik detektiv Erast Fandorinin on dördüncü macərasında başına maraqlı hadisələr gəlir. Xidmətçisi Masa ilə Bakıya gələn detektiv burda Odissey adlı terroristi axtarır. Detektiv gözlənilməz halda Bakıda xanımı ilə qarşılaşır. Daha sonra isə Fandorinin xidmətçisi bir erməni tərəfindən güllələndiyində, detektiv özünə Qasım adlı qoçunu köməkçi götürür.

Akunin Bakını əsrarəngiz, koloritli, sehrli və təhlükəli bir şərq şəhəri kimi təsvir edir.

Akuninin yeni romanının ərsəyə gəlməsində fransız “Le Fiqaro” qəzetinin az rolu olmayıb. Belə ki, qəzet 2008-ci ildə aralarında Boris Akunin də olmaqla Milan Kundera, Artur Peres-Reverte, Duqlas Kennedi və başqa yazarlara qəzetin Homerdən seçdiyi bir misrasıyla başlayan əsər yazmağı sifariş veribmiş.

Əsl adı Qriqoriy Çxarataşvili olan yazıçı 1956-cı ildə Gürcüstanda gürcü ata və yəhudi ananın ailəsində anadan olmuşdur. O, uzun müddət yaponşünas kimi fəaliyyət göstərmiş, Yukio Misima, Kobo Abe, Kendzi Maruyama və başqa yapon yazıçılarının əsərlərini rus dilinə çevirmişdir.

Yazıçı Boris Akunin imzasından başqa Anatol Brusnikin və Anna Barisova imzaları ilə də yazmışdır.

O, Boris Akunin imzası ilə 1998-ci ildən yazır. İlk əsəri “Qış kraliçası” adlanır. Onun “Qara şəhər” romanı bu imzayla yazdığı 14-cü romanıdır. Akunin romanlarında hadisələr Çar Rusiyası dövründə baş verir.

Rusiyanın məşhur detektiv yazıçılarından olan Akuninin əsərlərinin satışı 25 milyondan çoxdur.

# 2805 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər