Kulis.az Amerika komediya aktyoru Qrauço Marksın (1895 – 1977)
aforizmlərini təqdim edir:
-Üç il əvvəl mən Floridaya cibimdə bir qəpiksiz gəlmişdim. Amma indi artıq cibimdə bir qəpiyim var.
-Mən sıfırdan başladım və böyük zəhmət hesabına kasıbçılığın son həddinə gəlib çatdım.
-Pul – çox vacib zaddır, çünki onun sayəsində siz istəmədiyiniz işi etməyə bilirsiziniz. Amma mən demək olar ki, heç nə etməməyi sevmirəm.
-Mən insanların sifətini heç vaxt unutmuram. Amma sizin timsalınızda məmnuniyyətlə istisna edərdim.
-Ola bilər ki, o axmaq kimi danışır və axmaq adam təəssüratı bağışlayır. Amma siz aldanmayın: o həqiqətən axmaqdır.
-Mən sizin kitabınızı açmağa imkan tapmamış gülməkdən ürəyim getdi. Amma nə vaxtsa onu mütləq açacağam.
-Televiziya bizi maarifləndirir. Televizor açılanda mən qonşu otağa keçir və kitab oxumağa başlayıram.
-Həmsöhbətinizin vicdanlı olduğunu müəyyənləşdirməyin yalnız bir yolu var – onun özündən soruşmaq. Əgər o “hə” desə demək siz bir cüvəllağıya ilişmisiniz.
-Bu məsum sifət ona atasından yadigardır. Atası cərrah – kosmetoloqdur.
-Kişi qadının hiss etdiyi qədər gəncdir.
-Mən bir qadının arxasınca yalan olmasın iki ilə qədər, zövqlərimizin tam üst-üstə düşən tərəfi ortalığa çıxana qədər süründüm: onun da, mənim də qızlardan ötrü ürəyimiz gedirmiş.
-Hər bir uğurlu ssenaristin arxasında bir qadın dayanır. Qadının arxasında da onun arvadı.
-Hətta məni üzvlüyə qəbul etməyə hazır olan kluba heç vaxt üzv olmaram.
-Artıq baba olmağım məni qətiyyən narahat etmir. Pis olan yalnız odur ki, nənəylə evliyəm.
“Kişi qadının hiss etdiyi qədər gəncdir”
Oxşar xəbərlər
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi
12:46
4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi
11:00
3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva
13:35
1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova
16:00
27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?
13:00
27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?
12:00
26 oktyabr 2026