Uşaqlarımızı intihara təhrik edən oyun – Şok Faktlar

Uşaqlarımızı intihara təhrik edən oyun – Şok Faktlar
27 iyun 2018
# 13:30

Günel Natiq

Tovuzun Əlimərdanlı kəndinin sakini, 14 yaşlı məktəbli Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Valideynlərinin bildirdiyinə görə, son zamanlar internetdə yayılmış “Mavi balina” oyununu oynayırmış. Telefonda həmin oyunu oynadıqdan sonra özünü asıb...

Psixoloqlar xüsusilə bu hallarda diqqətli olmağı məsləhət görür: “Əgər uşaq valideynlərindən uzaqlaşırsa, yaşıdlarıyla görüşməkdən imtina edirsə, yaxınlarıyla ünsiyyət qurmursa, özünə qapanırsa...”

Diqqət edin, bu kimi hallar təkcə “Mavi balina” oyununa aludə olan uşaqlarda deyil, yeniyetmələrin əksəriyyətində təzahür edir. Hər addımda küçədə gedərkən belə gözlərini mobil telefonlardan ayırmayan, ən kritik situasiyalarda internetlə əlaqəni kəsməyən məktəblilər görürük. Uşaqlar ətraf aləmdən qopur, özlərini virtual aləmdə axtarırlar. Virtual həyat reallıq deyil. Reallığı dərk edə bilməyən yeniyetmə sabah həyata necə adaptasiya olacaq, cəmiyyətdəki yerini necə qazanacaq?

Dediyim odur ki, “Mavi balina” yeganə silah deyil...

Siz tendensiyaya baxın, əvvəllər uşaqlara canlı aləmi sevmək aşılanırdı, indi isə balina obrazıyla bağlı hər şeydən, hətta oyuncaqlardan belə uzaq durmaq tövsiyə olunur. “Mavi balinalar” artıq şüurumuzda ən neqativ hallarla assosiasiya olunur. Bu gün balina, sabah delfin, o biri gün digər canlılar, heyvanlar... Beləliklə, həyat öz yaşam qaynağını tükətməkdə davam edəcək.

İndi uşaqlarımızı “mavi balinalar” hədələyir, onların həyatı üçün təhlükə doğurur. Mütəxəssislər tövsiyə edir: “Aman, diqqətli olun...”

“Mavi balina” nədir?

Nə zamandan bizlər üçün təhlükə olmağa başladı?

Uşaqlarımızı “mavi balina”lardan necə qoruyaq?

“Mavi balina” Rusiyada yaradılmış oyundur. Balina obrazı rok ifaçısı Lumenin bir mahnısından götürülüb. Mahnı “Əzab çəkmək” adlanır və tənhalığı, həyata yad, ögey olmağı ifadə edir.

Bəs niyə balina? Çünki balinalar zaman-zaman özlərini sahilə atıb intihar edərlər. Bu oyunun missiyası da eynidir. İştirakçıları balinalar kimi intihara sürükləyir.

Hər şey sosial şəbəkələrdəki çağırışlardan başlayır. Çağırışa qoşulan gənc qeydiyyatdan keçir və beləliklə ölüm tələsinə düşür.

Oyun 50 gün davam edir və hər gün iştirakçıya bir təlim verilir. Hər şey asan təlimlərdən başlayır.

Məsələn, “keç o biri otağa və ananın şalını gətir”.

Asan tapşırığa sevinən gənc qarşıda onu nələr gözlədiyindən xəbərsiz deyiləni edir.

Get-gedə təlimlər çətinləşir. Məsələn, “əlini, qolunu ülgüclə yarala”. “Gecənin yarısı yuxudan dur və qorxu filmlərini izlə”. “Qəbristanlığa get” və s.

Related image

Oyundan çıxmaq, “Mavi balina”dan qurtulmaq mümkün deyil. Onu blok edəndə belə başqa niklər altında yenə üzə çıxır.

İştirakçı boyun qaçıranda “Mavi balina” onu təhdid edir. O, ölüm silahı kimi səni təqib edir, hər yerdə görür, izləyir və istənilən vaxt yenidən peyda olub öz ölümcül viruslarını göndərir.

Getdikcə oyunun iştirakçısı hamıdan uzaqlaşır, özünü yalnız yeni “balina aləminə” təslim edir. Yalnız təlimçi ilə ünsiyyətdə olur, onun təlimlərini yerinə yetirməkdə davam edir.

“Oyundan çıxmaq istədiyimi dedikdə məni şantaj etdilər, ünvanımı bildiklərini, asanlıqla məni tapacaqlarını və ailəmə zərər verəcəklərini dedilər, - “Mavi balina”nın çəngindən möcüzəylə qurtulmuş yeniyetmələrdən biri danışır.

İştirakçının təhdidlərdən qorxmasının bir səbəbi də təlimçilərin onun haqqında çox bilgilərə sahib olmasıdır; qeydiyyatdan keçərkən “Mavi balina” avtomatik olaraq onun daxil olduğu bütün saytlara, yazışmalarına, məxfi materiallarına müdaxilə etmək hüququna malik olur.

Və gələk finala. “Mavi balina”nın sonuncu tapşırığı oyunun bütün mahiyyətini ifadə edir:

“7-ci mərtəbədən aşağı tullan”. Yaxud “özünü dənizə at”.

Hətta iştirakçılara belə bir ağlasığmaz fikir də təlqin edilir: “Öl, necə olsa, yenidən diriləcəksən”.

Oyunun dəhşətini ilk dəfə Rusiyada bir jurnalist açıqlığa qovuşdurub. 12 yaşlı qızının intihar səbəbini araşdıran jurnalistin araşdırmaları onu “Mavi balina”nın izinə salıb.

Məlum olub ki, təkcə 2016-cı ilin may-noyabr aylarında 130 uşaq öz canına qəsd edib.

Ölümdən son anda qurtulan hindistanlı yeniyetmənin dediklərindən: “Oyun gecə 2-də başlayırdı. Təlimlərin birində məzarlıqda gecə yarısı qəbirlərlə selfi çəkib paylaşmışdım. Hər gün qorxu filmlərinə baxmağa məcbur edir, ölüm qorxusu altında yaşamağa təhrik edirdilər”.

Yeniyetmə son anda qardaşının polisə şikayət etməsiylə - polisin müdaxiləsiylə qurtulub. Amma digər qurbanlar belə şanslı olmayıblar.

Son günlərdə Türkiyəni “Mavi balina”nın daha bir qurbanı - intihar edən 14 yaşlı yeniyetmənin faciəsi sarsıdıb.

Oyunun qurucularından biri Filip Budeykin psixologiya fakültəsinin keçmiş tələbəsidir, vaxtilə universitetdən qovulub. Bu adamın insanlığa nifrətinin səbəbi bəlli deyil, görünür psixoloji pozğunluq onu bu duruma gətirib çıxarıb. Uşaqları intihara sövq edən şəxs ancaq əqli cəhətdən qüsurlu biri ola bilər.

Psixoloqlar tövsiyə edir; ailələr mütləq uşaqlarına nəzarət etməli, internet vaxtını məhdudlaşdırmalıdırlar. Yad adamlarla ünsiyyətdə diqqətli olmalarını, bu əlaqələrin hansı acı nəticələr doğuracağını uşaqlarına başa salmalıdırlar. Yaxşı olar ki, valideynlər oyunları uşaqlarıyla birlikdə müəyyən etsinlər, xüsusilə bu oyunların onların yaşlarına uyğun olmasına diqqət etsinlər.

Düşünürəm ki, “mavi balinalara” aludə olmağın əsas səbəbi - əsl fəlakət insanlar arasında əlaqələrin qopmasıdır. Elə bil adamlar bir-biriylə ünsiyyətdən qaçır, canlı təmas get-gedə öz zəruriliyini itirir. Hətta ailə üzvləri də öz aralarında sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Adətən belə fotolara baxıb gülürük, əslində bu ağlamalı situasiyadır.

Əgər insanlar bir-biriylə danışmağa söz tapmırlarsa və ünsiyyəti internetdə axtarırlarsa, bəşəriyyətin gələcəyi üçün SOS siqnalının verilməsinin vaxtı çatıb.

Niyə düşünmürük ki, internetdə ünsiyyət axtararkən əslində daha da tənhalığa qapanırıq. Bu, cəmiyyət içində olmaq demək deyil, bu, çoxadamlıq tənhalıqdır.

Saxta təqdimatdan həzz alan, bu yolla problemlərini unutmağa çalışan insanlar var; orda səni heç kim görmür, hansı ovqatda olduğunu bilmirlər, nə geyindiyini görmürlər, özünü istədiyin kimi təqdim edə bilərsən.

Çıxış yolunu reallıqda axtarmaq lazımdır. Virtual həyat bizə yardım edə bilər, amma xilas edə bilməz.

Bu gün bizi “Mavi balina” hədələyir, kim bilir, sabah təhlükə hansı obrazda peyda olacaq?

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #