Ölməmək üçün milçəköldürənə qonmaq... - YENİ ŞEİRLƏR

Ölməmək üçün milçəköldürənə qonmaq... - YENİ ŞEİRLƏR
24 yanvar 2018
# 15:30

Kulis.az Amil Məmiyevin yeni şeirlərini təqdim edir.

***

Bəlkə də kiminsə uzaqlara gedib

tək qalmaq istədiyi yerlərin adamları da

Uzaqlar dediyi buralara gəlib

tək qalmaq istəyirlər burda.

***

Ən çox yaşayan məsdər - Ölmək.

***

Aylı, ulduzlu bütün göylər
“paqon”dur Allahın çiyinlərinə.

***

Kütlə ölçü vahididir,

vahidsə kütləni ölçən.

***

Milçək ölməmək üçün mütləq
milçəköldürənin üstünə qonmalıdır.

***

Qadında bir dərinlik,
kişidə artıqlıq var.
Bəlkə də elə əvvəl

bitişik olub hər ikisi.

***

Moskva

2014

Bir cavan oğlan,

bir yaşlı rus qadın

Şam aldılar dükandan.

Birinin ad günü idi,

birinin ərinin qırxı.

İndi çox güman şamı

Birində yandırdılar,

birində üfürdülər.

***

Mən, yamyaşıl çəmənlikdəki otam.

Ya qoyunlar yeyər başımı, quzular otlayar.

Ya sevgililər oturar üstümdə.

Ya uşaqlar yolar ya ayaqlar əzər

Ya şeh damcıları düşər gövdəmə.

Ya gur yağışlar yağar,

Ya qarışqalar dırmaşar başıma.

Ya çiçəklər bitər yanımdan,

Ya günəş yandırar, sapsarı saraldar məni.

***

Əvvəl

mən sənə baxdım.

Sonra

sən mənə ömür boyu.

***

Özüm-özümə elə tanış gəlirəm,

elə bil hardasa görmüşəm özümü.

***

O qədər xəyalımda qurdum ki

O qədər yuxumda gördüm ki

O qədər ağlımdan keçirtdim ki

Artıq doydum səndən.

İndi gerçəkdə görməyə səni

O qədər acizəm ki,

Qorxuram

xəyalımdakı kimi yox

yuxumdakı kimi yox

ağlımdakı kimi yox

başqa cür olasan.

Hər şey belə yolundaykən

Qorxuram yaxınlaşmağa sənə.

Bağışla məni nolar,

İnsanları tanımaq olmur,

Onlardan qorxuram.

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər