Paxıllıqdan saralan güllər - “İnternat ədəbiyyatı”

 Paxıllıqdan saralan güllər - “İnternat ədəbiyyatı”
6 mart 2017
# 16:35

Kulis.az “İnternat ədəbiyyatı” layihəsindən 1 saylı internat məktəbinin IX sinif şagirdi Yunis Xankişiyevin yazısını yayımlayır. Layihəni rəhbəri Vüsalə Məmmədova, redaktoru Sevinc Elsevərdir.

LAYİHƏ: “İnternat ədəbiyyatı”

Bir neçə aydır ki, yazar Sevinc Elsevərlə baş-başa verib, həftə sonumuzu fərqli keçirməyə qərar vermişdik. “Ədəbiyyat saatı” layihəsi çərçivəsində internat məktəblərində uşaqlarla birlikdə kitab oxuyur, müzakirə edir, bəzənsə, xəyallarımızı sözə çevirməyə, öz düşüncələrimizi yazmağa cəhd edirdik. Qısa müddətdə uşaqlar öz dünyalarının qapılarını bizə açdılar... Onların balaca və kimsəsiz ürəklərindəki bütün dünyanı sevəcək qədər sevgiyə, qollarındakı bəşəriyyəti qucaqlayacaq qədər gücə heyran olduq. Çiyinlərində yük kimi daşıdıqları talelərinə baş əyərək, keçmişlərinə mərhəmətlə boylanan bu balacalardan öyrənəcək o qədər şey var ki...

Elə buna görə də görüşlərimiz boyu uşaqların yazdığı nağıl və hekayələri “İnternat ədəbiyyatı” altında Sizə təqdim etmək qərarına gəldik. Sizi internat uşaqlarının dünyasına dəvət edirik...

Vüsalə Məmmədova

Paxıl güllər

Bir bağda dörd gül bitirdi. Qızılgül, Lalə, Nərgizgülü və Yasəmən. Bu güllərin dördü də bir-birindən gözəl idi. Amma heyf ki, güllər bir-birinin paxıllığını çəkirdilər. Bircə Yasəmən paxıl deyildi. Yasəmən güllərə baş qoşmurdu. Yerdə qalan üç gül isə bütün günü özlərini tərifləyir, qalanlarını pisləyirdilər. Nərgizgülü Qızılgülə deyirdi ki, sən eybəcər gülsən. Səni heç kim sevmir. Qızılgül də dərhal cavab verirdi: “Guya sən elə gözəl çiçəksən? Səni dərib güldana qoyurlar, tez də solursan. Amma mən günlərlə ətrafa ətir saçıram. Ətrimdən doymaq olmur”.

Lalə də lovğalığından geri qalmırdı:

- Bütün güllərin gözəli mənəm. Dünyada mənim kimi gözəl çiçək ola bilməz!

Yasəmən bunu eşidib Laləyə dedi:

- Ay Lalə bacı, niyə elə deyirsən? Hər gül özünə görə gözəldir.

Lalə Yasəmənə acıqlandı:

- Sən heç danışma! Sən də özünü gül sayırsan?

Yasəmən daha heç nə demədi. Başını qaldırıb sevinclə günəşə, çiyninə qonan quşlara baxdı. Ürəyi açıldı.

O biri güllər isə bir-birini didməkdə idilər. Paxıllıq onları elə hala salmışdı ki, yanıb qovrulmuşdular. Get-gedə solurdular. Yasəmən isə günü-gündən böyüyür, çiçəkləri aşıb-daşırdı. Bağın sahibləri, qonşu uşaqları sevinclə onun çiçəklərindən dərib aparırdılar. Yasəmən yaxınlıqdakı bütün evləri öz çiçəkləri ilə bəzəyirdi.

Əvvəlki yazılar:

“Bacım atamın qucağında öldü”

# 2036 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər