Orfoqrafiyamızda dəyişiklik təklif olunub – YENİLƏNİB

Orfoqrafiyamızda dəyişiklik təklif olunub – <span style="color:red;">YENİLƏNİB
12 yanvar 2018
# 11:28

Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsində yaradanın, səmavi kitabların, planet adlarının, mifonimlərin böyük hərflə yazılması təklif olunur.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində yaradanın və səmavi kitabların adları - Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər - Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir.

Layihədə təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

11.28

Bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s).

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində qeyd olunur.

Layihədə bildirilir ki, yuxarıdakı sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.

Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

# 1808 dəfə oxunub

Oxşar xəbərlər

Ömər Xəyyamın abstrakt hiperekvivalentliyi, ya da Süni İntellektuallarımız necə yarandı?

Ömər Xəyyamın abstrakt hiperekvivalentliyi, ya da Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Məktəbli qız niyə özünə nifrət edirdi?

Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər