“Nənə” sözündən qorxan aktrisa” – TANIYIN MƏNİ

“Nənə” sözündən qorxan aktrisa” – <span style="color:red;">TANIYIN MƏNİ
28 sentyabr 2017
# 17:30

Kulis.az yeni “Tanıyın məni” layihəsindən aktrisa Kəmalə Müzəffərin həyat və yaradıcılıq yolundan maraqlı faktları təqdim edir.

Kəmalə və Müzəffər

Kəmalə Müzəffər. Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

1967-ci il, mayın 29-da Şəkidə anadan olub. Ailənin dördüncü övladıdır. Müzəffər Kəmalə Hüseynovanın atasının adıdır. 2000-ci illərdən sonra ikinci ad kimi Müzəffəri seçib. Halbuki Müzəffər kişi onun aktrisa olmasını istəmirmiş.

Müzəffər kişi Şəkidəki ipəkçilik texnikumunun müəllimi olub. Kəmalənin 8 yaşı olanda ailə Bakıya köçüb. Atası balaca Kəmaləni gələcəkdə şərqşünas kimi görmək istəyir və ona görə də onu Bakıdakı yeganə ərəb dili təmayüllü 44 nömrəli məktəbə qoyur.

Bu sahəyə maraq göstərmədiyini gördükdən sonra onu hüquqşünaslığa yönəldir. Təsadüfən bir 26-lar adına Mədəniyyət evinin tamaşasını izləyəndən sonra gənc Kəmalə səhnə arzusuna düşür. Və atasından gizlin dərnəyə getməyə başlayır. Elə İncəsənət Universitetinə sənədlərini də gizlicə verir. "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olunduğu xəbərini elan edəndən ta ailə quranadək atası bu qərarına görə Kəmalə Hüseynovanı danışdırmır.

Həyat yoldaşı

“İkinci kursda oxuyanda rejissorluq fakültəsində oxuyan bir oğlan məni iki tamaşaya dəvət etdi, mən də sonradan həyat yoldaşım olan bu oğlanın tamaşalarında oynadım və qərara gəldim ki, aktrisa olacağam. Sonra yoldaşım rejissor olmadı, amma məni aktrisa elədi”.

Bu sözləri aktrisa həyat yoldaşı haqqında deyir.

1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun də ali təhsil alan Kəmalə Hüseynova artıq dördüncü kursdan Gənc Tamaşaçılar teatrına dəvət olunur. Teatrda ilk rolu “Ərizə” tamaşasında baş rol olur.

Həyat yoldaşı başqa bir sahə üzrə işləsə də Kəmalə Müzəffər üçün rejissordur.

Elə bil imtahan verirəm onun qarısında. Biləndə ki, o zaldadır, özümü yaxşı hiss eləmirəm. Ona görə də xahiş edirəm ki, mümkündürsə tamaşalarıma gəlməsin”

Nənə sözünün xofu

3 övladı var. Biri hüquqşünaslığı, o biri birisi tibb sahəsini seçdi. Bir ana kimi uşaqlarını evləndirməyi arzulasa da, Kəmalə Müzəffər yaşlanmaqdan, “nənə” çağırılmaqdan qorxur.

Nəvələrimə deyəcəm mənə Kama desinlər...”

Səhnə yüksəkliyi

Rəsul Rzanın poeması əsasında hazırlanan “Ana qaz” tamaşasının uğurundan sonra teatrda aktrisanın şöhrəti daha da yüksəlir. Alleqorik əsərdə ananın hisslərini bütün dərinliyi ilə çatdırması sənət bilicilərinin diqqətini çəkir. “Pəri cadu”da, “Qatarın altına atılan qadın”da “Mən gəldim, qızlar” tamaşasında baş rollar qazanır.

“Vicdan haqqı” teleserialında Dilarə obrazı ilə daha böyük tamaşaçı kütlələrinə nüfuz edir. Ailənin bütün çətinliklərinə tab gətirən azərbaycanlı Dilarə ərinin Rusiyada rus qadınla evlənməsini qəbul edə bilmir.

Aktrisanın filmoqrafiyasında iki “Məhkumlar” ekran işi var. Bunlardan biri 2007-ci ildə çəkilən rejissor Mehriban Ələkbərzadənin tammetrajlı bədii filmi, digəri isə teleserialdır.

M. Ələkbərzadənin “Məhkumlar” filmində cüzamlı xəstəni oynayan aktrisa az sonra həyatda dəri xərçəngi xəstəliyinə tutulur. Lakin böyük əzmlə xəstəliklə mübarizə aparır və çətin dönəmi adladır.

Ögey ananın vicdan haqqı

Böyük reytinqli “Vicdan haqqı” serialından ayrılan Kəmalə Müzəffər yeni mövsümdə “Ögey ana” serialında oynayır. “Ögey ana” serialı 1958-ci ildə çəkilən məşhur “Ögey ana” filminin motivləri əsasında çəkilir. Kəmalə Müzəffər filmdən Dilarə (Nəcibə Məlikova) kimi tanıdığımız ögey ana obrazını yaradır. Amma yəqin ki, aktrisanın ayrıldığı “Vicdan haqqı” serialındakı obrazını xatırlatmamaq üçün yeni “Ögey ana”dakı obrazını Sevinc adlandırırlar.

Maraqlısı isə odur ki, aktrisa “Ögey ana” da “Vicdan haqqı”ndakı Larisanın vəziyyətinə düşür.

Bu nə deməkdir? Həyat oyundur; şərtlər, vəziyyətlər dəyişir. Yeganə qazanc hiss etmək, düşünmək, dərk etməkdir. Bunun üçün isə oyunun içində olmaq vacib deyil. Kino, teatr, ədəbiyyat, ümumiyyətlə incəsənət insana oturduğu yerdə bu imkanı verir. Ekran qarşısında, teatr salonunda, qalereyada, kitab səhifələrində…

Aktrisa Kəmalə Müzəffər insanın hər rolda ola biləcəyinə tamaşaçıları inandırır. Bir aktrisa üçün zəfər bu olsa gərək… Kəmalə Müzəffər…

# 3212 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #