Ədəbi dərgilərimizin problemləri – MÜZAKİRƏ SAATI

Ədəbi dərgilərimizin problemləri – MÜZAKİRƏ SAATI
18 fevral 2016
# 12:23

APA.TV-nin "Müzakirə saatı"nda "Azərbaycanın ədəbi jurnal və qəzetlərində mövcud problemlər" haqda söhbət açılıb. Verilişdə "Azərbyacan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan, yazıçı Fərid Hüseyn iştirak ediblər.

İntiqam Qasımzadə "Azərbaycan" jurnalının indiki fəaliyyətindən danışarkən belə deyib: "Etiraf etmək lazımdır ki, ədəbi jurnal və qəzetlər hazırda elektron ədəbi jurnallara, saytlara uduzur. Amma son vaxtlar bu da sevindirici haldır ki, yazıçı və şairlərin çoxunun yenidən çap mediasına - yəni ənənəvi jurnallara üz tutduğunu görürük. Biz də istedadlı müəlliflərlə çalışmağa maraqlıyıq və onları əməkdaşlığa məhz özümüz dəvət edirik. Onların çoxu etiraf edir ki, Azərbaycan Yazıçılar Birliyinin ədəbi dərgilərində çap olunmaqla, sanki, yazıçı kimi özlərini təsdiq edirlər. Tam əminliklə deyərdim ki, hazırda baş redaktoru olduğum "Azərbaycan" jurnalının qapıları istedadlı yazıçıların üzünə açıqdır. Onu da əminliklə deyirəm ki, hazırda "Azərbaycan" jurnalı ən çox qonorar verən dərgidir. Əlbəttə, istəyərik ki, yazıçılara daha çox qonorar verə bilək, amma əlimizdə olan büdcəni hər kəs üçün ədalətli bölüşdürməyə çalışırıq".

Azər Turan İntiqam Qasımzadənin sözlərinin davamı olaraq "Ədəbiyyat" qəzetinin həmişə istedadlı adamları əməkdaşlığa dəvət etdiyini deyib: "Əfsus ki, bəzən iddiası böyük, amma bacarığı kasad adamlar bizi onları çap etməməkdə ittiham edirlər. Ancaq onlar anlamalıdırlar ki, biz istedad axtarışındayıq. Əbəs yerə yazıçılıq iddiasında olan adamların çoxu heç ədəbiyyata da lazım deyillər".

Fərid Hüseyn isə öz üzərində çalışan, ədəbiyyatla dərindən məşğul olan yazıçıya həmişə tələbat olduğunu deyib: "Mən hazırda Azərbaycanda fəaliyyət göstərən ədəbi jurnal və qəzetlərin çoxu ilə əməkdaşlıq edirəm. Əlbəttə onlar mənim bu sahədə çalışdığımı görür və dəvət edirlər. Ümumiyyətlə jurnal və qəzet redaksiyanın seçimi ilə formalaşır. Dünyada da hazırda kağız mediaya marağın artığı müşahidə olunur. Bunun da başlıca səbəbi oxucunun kitabdan istədiyi vaxt qeyd götürməsi, yeri gələndə hər hansı maraqlı bir cümləni qələmlə işarə edə bilməsidir. Ona görə də hazırda elektron kitab proqramları öz sistemlərində də bunun texniki imkanlarını yaratmaq üzərində çalışırlar ki, müştərilərini itirməsinlər. Qonorara gəldikdə isə bu, müəlliflərin həmişə narazı olduğu məsələdir. Biz araşdırma yazılara daha çox qonorar alırıq. Təəssüf ki, indi bizdə fərdi yaradıcılıqla maddi tələbatı ödəmək mümkün deyil. Ona görə də çox yazıçımız jurnalistikada fəaliyyət göstərir."

Söhbəti tam olaraq "APA.TV" də izləyə bilərsiniz

# 971 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #