“Müasir romanların həcmi nə qədər olmalıdır?” RƏY

“Müasir romanların həcmi nə qədər olmalıdır?” <span style="color:red;">RƏY
12 sentyabr 2014
# 16:37

"Mən qısa romanları sevirəm. Roman birnəfəsə oxunmalıdır, məsələn, 3 saata - necə ki biz 3 saatlıq filmə, yaxud operaya bir oturuma baxıb həzz alırıq".

Tanınmış ingilis yazıçısı Ian McEwan bu sözlərinə onu da əlavə edir ki, müasir dövrdə yazılan bir çox romanlar həddən artıq uzundur və elə bir məzmuna malik deyil ki, belə böyük həcmə haqq qazandırsın.

Ian McEwan-ın özünün son romanı - "The Children Act" bir yeniyetmənin mühakiməsi haqdadır. Hakim qərar verməlidir ki, o, ölməlidir, yoxsa yaşamalı.

"BBC" radiosuna verdiyi müsahibə zamanı ondan soruşublar ki, onun romanı həcmcə hekayə janrına daha yaxın deyilmi?

"Mənim üçün hekayənin maksimum həcmi 40 min sözdür. Mənim romanım isə bundan təxminən 15 min söz çoxdur. Əgər biz janrlar arasında bu cür sərhəd çəkmiş olsaq, onda mənim yazdığım - hekayə yox, qısa romandır. Mən bu formanı doğrudan da sevirəm. Sən gərək obrazları tez tanıdasan. Burada maksimum 1-2 altsüjetə yer var" - deyə McEwan bildirib.

Jurnalist daha sonra “Müasir dövrdə uzun romanlar yazılmasına daha çox meyl var?” sualına yazıçı cavab verib ki, bəzi ölkələrdə, xüsusən də Amerikada nəhəng romanları sevirlər: "Yəqin bu onunla bağlıdır ki, onlar hələ də ən möhtəşəm Amerika romanı anlayışının arxasınca gedirlər. Onların fikrincə, bu, mütləq kərpic qalınlığında olmalıdır".

oxuzali.az

# 2590 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər