Tolstoyun nəvələri “Azərbaycan” eşidəndə niyə sevindilər? REPORTAJ

Tolstoyun nəvələri “Azərbaycan” eşidəndə niyə sevindilər? REPORTAJ
2 avqust 2013
# 11:27

1910-cu il, oktyabr ayının 28-i. O, gecə gizlicə Yasnaya Polyananı tərk etdi. Son illər əməlli depressiyada idi. Getmək, getmək, ona rahatlıq və azadlıq verməyən böyük rus çöllərini belə tərk edib getmək istəyirdi. Amma sən demə əcəl onu Yasnaya Polyanadan çıxandan izləyirdi. Və onu, böyük Tolstoyu Lipetsk quberniyasının kiçik Astapovsk stansiyasında-dəhşətə bax, indi Tolstoyun adınadır-tapdı. Dəmiryolu stansiyasının rəisi Ozolinin dar mənzilində sərasər bir həftə ölümlə çarpışan Lev Tolstoy canını elə oradaca tapşırdı. 82 yaşında…

Amma hələ 15 il əvvəl vəsiyyət eləmişdi: «Məni dini mərasimlə dəfn etməyin. Mümkün olmasa, onda məni istədiyiniz kimi olduqca sadə şəkildə dəfn edin".

***

Zaman 21 iyul, 2013-cü il. Moskvada yaşayan dostumuz Teymur Hüseynlidən esemes alıram: «Bəy, ziyarətə gedirəm». Əvvəl anlamadım. Bir qədər keçmiş Teymur bu dəfə zəng edib özü məni nigarançılıqdan qurtardı.

- Tulaya getmişdim. Bir yaxın qohumumun işi ilə əlaqədar. Fikirləşdim ki, bura gələsən, Yasnaya Polyanaya getməyəsən, günah olar.

Moskvadan Tulaya 170 km yoldur. Tuladan Yasnaya Polyanaya 20 kilometr. Teymur deyir ki, yay olmasına baxmayaraq hava yağışlı və çiskinli idi. Amma üzü Yasnaya Polyanaya, knyaz Volkoskinin malikanəsinə doğru axışanların ardı arası kəsilmirdi.

“Yolboyu bir neçə dəfə maşını saxlayıb ünvanı soruşmaq məcburiyyətində qaldıq. Nəhayət çatdıq. Yasnaya Polyana əslində bir qoruqdur. Qoruğun girişində məni polis qarşıladı. Bazar günü olduğundan qoruğa girişin yasaq olduğunu bildirdi. Mən yalan danışmağa məcbur idim. Azərbaycandan gəldiyimi, Tolstoyun qəbrini ziyarət etmək istədiyimi bildirdim. Hələ bir yalan da uydurdum ki, təyyarəyə biletim var, axşam Bakıya uçmalıyam. İsrarımı görüb razılaşdı...”.

Teymur deyir ki, Yasnaya Polyana təxminən 15-20 hektarlıq bir ərazidir. Olduqca mənzərəli bir yerdir; meyvə və saysız-hesabsız palıd ağacları, gölməçələr, Tolstoyun dayısı Volkonskinin malikanəsi, ondan başqa bir neçə başqa tikili.

“Tolstoyun məzarına aparan yolun uzunluğu isə təxminən 1 kilometr olar. Ensiz bir yoldur, ancaq piyada getmək mümkündür. Məzarın üstündə nə hansısa nişan var, nə də qəbirüstü abidə.

Dahi yazıçı özünün şəxsən əkdiyi iki palıd ağacının altında dəfn olunub. Bir saat orda oldum. Məzarın başında. Bir yüngüllük gəldi mənə. Elə bil uzun müddətli istirahətdən qayıtmışdım. Bəlkə də Moskvanın zəhərli havasından sonra oksigen bolluğuna düşmüşdüm, ya da ki ətrafdakı əsrarəngiz mənzərənin təsiri idi.

Bəlkə də nə bilmək olar ziyarətim qəbul olunmuşudu. Hər şey möhtəşəm idi. Yaxınlıqdakı yaşı 200-ə çatan malikanə də, təbiət də, dahi Tolstoyun qoşa palıd altındakı sadə məzarı da”.

…Teymur deyir ki, məzarı ziyarətdən malikanəyə tərəf geri qayıdanda ona iki gənc yaxınlaşdı. Sən demə, Lev Tolstoyun kötükcələri sayılırmışlar.

“Onlarla söhbət zamanı məlum oldu ki, dahi yazıçının törəmələri təkcə Rusiyada, Avropada, Amerikada yox, hətta Uruqvayda belə yaşayırlar. Mənə dedilər ki, hər il Tolstoyun ad günündə Yasnaya Polyanaya onun 300-ə yaxın qohumu yığışır. Və sən demə təkcə Rusiyadan da yox. Dünyanın hər tərəfindən. «Azərbaycanda necə qohumlarınız varmı?» sualına «yox» dedilər. Amma sən demə başqa məqamlardan məlumatlıymışlar. Bildirdilər ki, Bakıda və Azərbaycanın bəzi iri şəhərlərində Lev Tolstoy küçəsi var.

Onlar buna görə sevinclərini də gizlətmədilər. Biz ayrılanda onlara dedim ki, Yasnaya Polyana ilə bağlı tanış saytlardan birində, - kulis.az-ın adını çəkdim-mənim çəkdiyim fotolar əsasında fotoreportaj da hazırlanacaq. Buna da çox sevindilər. «Tolstoyu hələ də Azərbaycanda oxuyurlarsa, bu qürürvericidir, sizin xalqın böyüklüyündən xəbər verir» dedilər. Dönə-dönə onu da dedilər ki, hər ilin sentyabrında burda Tolstoy günləri keçirilir, mütləq gəlin».

…Teymur deyir, mütləq gedəcəm!!!

# 6064 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

13:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər