Anarın kitabı Macarıstanda işıq üzü gördü - FOTO

Anarın kitabı Macarıstanda işıq üzü gördü - FOTO
2 sentyabr 2015
# 16:32

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Seçilmiş əsərləri” Budapeştin “Harmattan” nəşriyyatında çap olunub.

Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə işıq üzü görən kitaba yazıçının müasir əsərləri daxil edilib.

Povest və hekayələri macar dilinə Marqarita Herinq, Anna Vandor, Laslo Zahemski kimi peşəkar tərcüməçilər çeviriblər. Ümumi redaktorluq işini isə tanınmış macar azərbaycanşünası, Budapeştin ELTE universitetinin müəllimi Mariya Keneşi yerinə yetirib.

Macarıstan Yazıçılar Birliyinin sədri Yanoş Sentmartin azərbaycanlı həmkarının kitabına ön söz yazıb. “Əbədi dəyərlər sorağında” adlı bu ön sözdə Anarın yaradıcılığı timsalında ədəbiyyatın xalqın və cəmiyyətin həyatında oynadığı mühüm roldan bəhs edilir. / Senet.az /

anar

# 2670 dəfə oxunub

Oxşar xəbərlər

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

12:00 25 noyabr 2026
Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?

Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?

12:00 25 noyabr 2026
Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

10:00 25 noyabr 2026
Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

16:00 23 noyabr 2026
Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı:  Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

10:00 21 noyabr 2026
Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər