Tanınmış yazarlar Anarı təbrik etdilər - AD GÜNÜ

Tanınmış yazarlar Anarı təbrik etdilər - <span style="color:red;">AD GÜNÜ
14 mart 2015
# 14:16

Bu gün Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 77 yaşı tamam olub. Bu münasibətlə Anar müəllimi təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycanın bir sıra tanınmış yazarlarının Anar Rzayevin ad günü münasibəti ilə təbriklərini təqdim edirik.

Ramiz Rövşən:

“Bu gün Azərbaycanın böyük yazıçısı Anarın 77 yaşı tamam olur. 7 gözəl rəqəmidi, 77 ondan da gözəldir. Biz Anarla 1969-cu ildən dostuq. Bunun 46 ili bizim dostluğumuzun payına düşüb. Bir dost kimi Anar vəfalı və etibarlıdır. Sənətkar kimi isə Anar təkcə Azərbaycan ədəbiyyatında deyil, mədəniyyətində də unukal şəxsiyyətdir. Onun qədər mədəniyyətimizin müxtəlif sahələrini bir ortaq məxrəcə gətirməyi bacaran ikinci bir adam tapmaq çətindir. Anarla mən həm də bir-birimizin vəfalı oxucularıyıq. Mən 1961-ci ildən üzü bu yana Anarın yazdıqlarını həmişə sevə-sevə oxumuşam. Onun ötən il “Göz muncuğu” povestini də maraqla oxudum. Əziz dotumun ağlının təxəyyülünü bir daha gördüm. Anarın 77 yaşa ən böyük hədiyyəsi də məncə “Göz muncuğu” povestidir. Əziz dostuma uzun ömür və bundan sonra da oxucularına bu cür gözəl əsərlər hədiyyə etməyi arzulayıram”.

Zəlimxan Yaqub:

“Ədəbiyyatımız, tariximiz, içtimai fikirimiz, günümüz, dövlətimiz, dövlətçiliyimizlə bağlı yaxşı nə deyə bilərəmsə, onu Anar müəllimə aid edirəm. Anar bizim xalqımızın böyük oğlu və gözəl ziyalısıdır. Onu təbrik edirəm. Biz hamımız onun böyüklüyü ilə fəxr edirik”.

Çingiz Abdullayev:

“Mən Anarı uşaqlıqdan tanıyıram. Biz uzun zamandır ki, onunla bir yerdə işləyirik. Mən onu çox sevirəm. Sevinirəm ki, onun ad günüdür. Hesab edirəm ki, Anar Azərbaycanın ən böyük, dəyərli ziyalılarından biridir. Bəlkə də birincidir. Bilirəm ki, Anar bir çox insanlara kömək edib. Ona can sağlığı arzu edirəm. Osman Sarıvəllinin bir sözü var, mən onu Anara ithaf edirəm: “Hər kəs yüz il yaşamasa, günah onun özündədir”.

Fikrət Qoca:

“Mən 45 ildir ki, Anarla yaxın dostam. Anarla uzun bir yol gəldik. Bu yolda biz nələrdən keçmədik. Anar mənim ən etibarlı, eyni zamanda ürək dostumdur. Onun çox böyük istedadı var. Biz ona Allahdan uzun ömür arzulayırıq”.

Firuz Mustafa:

“Anar ədəbiyyatımızın ensiklopedik, universal, intellektual nümayəndələrindən biridir. Mirzə Fətəli Axundovla başlayan, Üzeyir Hacıbəyovla inkişaf etdirilən bu yol Anar tərəfindən layiqincə davam etdirilir. Xalq öz Anarını, Anar da öz xalqını ürəkdən sevir. Mən Anarı ad günü münasibətilə təbrik edirəm. Qoy öz ürəyincə yazsın, yaratsın və yaşasın”.

Şərif Ağayar:

“Can sağlığı və istirahət arzulayıram. İstirahət həm də can sağlığıdır. Dincəlsin, unudulmaqdan qorxmasın. Yaxşı əsərləri var, özündən şübhələnməsin. Şəxsən mən söz verirəm ki, iki-üç aydan bir onun hansısa əsərindən bir esse yazacam”.

AzNews.az

# 2388 dəfə oxunub

Oxşar xəbərlər

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

12:30 11 iyun 2026
"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

12:00 11 iyun 2026
Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

14:00 10 iyun 2026
"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

12:00 10 iyun 2026
Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər