Keçər o inilti – Şəbnəm Karslıdan Yeni Şeirlər

Keçər o inilti – <span style="color:red;">Şəbnəm Karslıdan Yeni Şeirlər
15 mart 2019
# 15:04

Kulis.az Türkiyədə yaşayan Şəbnəm Karslının yeni şeirlərini təqdim edir.

Ey Sevgili

Rəsmlərdə tək dodaqlarla deyil,

gözlərlə də gülümsəməyi

öyrəndim sayəndə

Bütün hisslərim imitasyon,

dərdin adı depresyon,

gördüklərim halüsinasyon,

Şəhər şeirləri kimi quru,

kənd romantikası qədər acı,

uşaqlıq travması kimi dərin,

Anlayacağın, bütün hisslərim

ölümün heç də ən böyük ağrı

olmadığını anlatmaqda

Ey sevgili,

İftar süfrəsində içdiyim suyun

şirinliyi kimisən

ən gərəklim, yanar yerim

Günah desəm, deyil,

ama bir hüzursuzluqsan

Əlimlə bağrımı yarıb

o ağrıyan yerə toxunsam keçər sanki,

keçər o inilti, dinər o ağrı.

Bəlkə də dinsin istəmədim,

ağrı da bir məzədir Şeir süfrələrində,

ey sevgili,

unudula bilmədiyin üçün

unutmamazlıq etmədim,

şeirimə məzə ol yetər,

sənsiz də yaşanar bu ömür

Dostum

Gəl dostum

bir ömür daha alaq Tanrıdan

Bu ömürdə etmədiyimiz

günahlara bulaşaq,

inandıqlarımıza da tüpürək,

inanmadıqlarımıza da

Qorxunun olmadığı,

onların olmadığı

bir dünya quraq,

ikinci ömür sən olsun, mən olum.

Qüsursuz olma çabası,

güzgüdə daha gözəl görünmə arzusu,

bir də dostum,

səni və məni çərçivələrə soxan

bu olmazlar olmaz olsun.

Çirkin olaq,

sevməsin bizi kimsə bizdən başqa,

heç sən də sevmə məni,

mən mənə yetərəm.

Yetər ki bir ömür daha gəlsin Tanrıdan,

mən səndən də vazkeçərəm

Siyasi Qaralamalar

Mən ülkünün göbəyindən doğan,

qəlbi sağda atan demode siyasətçi

İndi moda humanist olmaq,

bir az liberal, bir az sol,

sol çox önəmli, son moda bu.

Tarixin hansı dövründə

qılıncsız, tüfəngsiz

ədalət bərqərar oldu?

Ama olmaz əfəndim,

qılınc yasak, silah bizə yaraşmazmış...

Mən, qəlbi sağda atan

savaşsız çarə görməyən binəva,

bir az demode qalan,

tək olan...

# 3748 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər