Oğuz Ayvaz: “Ad günlərinə nifrət edirəm”

<b>Oğuz Ayvaz: “Ad günlərinə nifrət edirəm”</b>
3 mart 2017
# 13:20

Bu gün gənc şair Oğuz Ayvazın ad günüdür. Kulis.az bu münasibətlə onunla qısa müsahibəni təqdim edir.

- Oğuz necəsən? Ad gününü necə qeyd edirsən?

- Bu gün çox duyğusalam. Ad günlərimdə atam hər dəfə böyük bir tort alıb gələrdi, hədiyyəsini də unutmazdı. Ad günümün səhəri anam intihar elədi. Ondan sonra bütün ad günlərinə nifrət edirəm. Elə bilirəm, sabah sevdiklərimdən birini itirəcəm. Son altı ildir ad günlərimi qorxu ilə keçirdirəm.

Ad günüm üçün sevgilimdən sürprizlər gözləyirəm. Yəqin ki, axşam işdən evə qayıdarkən böyük bir tortla, hədiyyələrə qarşılayacaq məni.

- Deyir, bir evə iki yazar çoxdur. Sizdə üçdür. Hətta bacını da hardasa elə yazan saymaq olar. Nə olub sizə? Rəsul Rzanın ailəsi kimi...

- Bizim ev yaradıcılar klubudur. Evimiz demokratik rejimlə idarə olunur. Bacım prezidentdir. Mənlə, Ayxansa vətəndaşıq (gülür). Yaradıcı adamların bir yerdə yaşaması çətindir, ancaq bizi sevgi birləşdirib. Bacım yazmır, balaca əlləriylə rəsm çəkir. Ayxanla mənimki daha yaxşı tutur. Ancaq hərdən onunla da mübahisələrimiz düşür. Onlar həm də mənim balaca balalarım kimidir. Hər ikisini tez-tez əzizləyirəm. Bir tutuquşumuz da evimizin sakinidir. Adı Kafkadır. Kafka kimi də tənhadır. heç bir dişi quşla yola getmir.

- Hələ üstəlik sevgilin də yazır. Siz mafiyasız?

- Bu da taleyin bir ironiyasıdır, neyləmək olar (gülür). Mafiya üçün hələ tezdir. Sevgilim gərçəkdən də həyatımda rastlaşdığım ən təmiz insandır. Mafiya qurmaq istəsəm, mütləq idarəçi onu seçəcəm. Daha sonra ədəbi mühit əlimizə keçəcək (güıür).

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar, içecek, masa, gözlük, iç mekan ve yakın çekim

- Dəniz (sevgilisi – red.) səni qısqanmır?

- Qısqanır əlbəttə ki, ancaq şişirdiləsi bir şey deyil. Dəniz digər qızlara heç bənzəmir. Çox sadə bir qızdır, deyinmir, məni olduğum kimi qəbul edir. Bacım işdən evə gec gəlir. Sağ olsun, Dəniz gəlir ev işlərində bizə kömək edir: yemək bişirir, xəstə olanda qayğımıza qalır. Onda anama bənzəyən çox şeylər var. Şair demiş, anam kimi sevirəm səni…

- Bir az şorgözsən elə bil? Hə?

- Hə, elədi. Kişi bir az şorgöz olar da. Metroda, avtobusda, küçədə gözəl qızlara baxıram. Daha çox estetik baxışdı bu. Qızlar da mənə baxır. Yaraşıqlı adamam da… (gülür)

- Tez-tez mərhum valideynlərinlə bağlı kədərli şeirlər yazırsan... Buna mövzudan sui-istifadə kimi baxanlar olmur ki?

- Qətiyyən oxucunu düşünmürəm. Düşünənlər də maraqlı deyil mənə. Atamı itirəndən şeir yazmağa başladım. Hansı ki, avaranın biri idim. O tin sənin, bu tin mənim gəzirdim. Ailəmizdəki ölüm hadisələri travma yaratdı məndə. Şeirlərimin qırmızı xətidir bu mövzu.

- Ayxan səndən balacadır, amma səndən əvvəl imzası qəbul olundu. Qısqanmırsan ki?

- Əlbəttə qısqanıram. Onun istedadı məndə olsaydı indi dünyaya çıxmışdım (gülür).

- “Ədalət” qəzetində necə yola gedirsən? Aqil Abbas... İradə Tuncay... Əbülfət Mədətoğlu... Rahat olduqları qədər də çətin adamdırlar...

- Nəşriyyat çox maraqlı yerdir. Burda qəribə adamlarla qarşılaşıram, söhbət edirəm. Aqil Abbasla tez-tez müxtəlif səpkili mövzulardan danışırıq, deyib-gülürük. Hər səhər gəlib redaksiyamıza bizə gülməli əhvalatlar danışır. Həyat dolu bir insandır. İradə xanım realda çox ciddidir, hətta bəzən ondan çəkinirəm. Ancaq facebookda məzəli statuslar yazır (gülür). Əbülfət müəllimi çox da yaxşı tanımıram. Onunla salam-sağoldan savayı aramızda heç nə yoxdur.

- Sonda nə deyərdin? Yazanlara, sevənlərə və saqqal saxlayan gənclərə...

- Sonda deyərdim ki, arada göy üzünə baxın, balaca uşaqlarla futbol oynayın, küçə itlərini əzizləyin, yağışdan qaçmayın, saqqalınızı çox uzatmayın, yazan adamlar yazılarındakı sentimentallığın dozasını azaltsınlar, sevən adamlar cəmiyyət üçün yox, özləri üçün yaşasınlar.

# 1059 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #