Qadın imzaları niyə ucuz tutulur? - Araşdırma

Qadın imzaları niyə ucuz tutulur? - <span style="color:red;">Araşdırma
7 mart 2019
# 17:33

İnkişaf etmiş cəmiyyətlərdə belə cinsi bərabərsizlik olması təkzib olunmayacaq bir faktdır, günümüzün reallığıdır. Məsələn, Amerikada bir kişi bir dollar qazandığı halda, bir qadın eyni işdən 77 sent qazanır.

Bəs görəsən kitab sənayesi sahəsində vəziyyət necədir?

Şimali Amerikada 2002-2012-ci illər arasında nəşr olunmuş iki milyondan artıq kitab üzərindən aparılan araşdırmaya görə, qadınların yazdığı kitablara kişilərin yazdığı eyni tipli kitablarla müqayisədə yüzdə 45 faiz daha aşağı qiymətlər qoyulduğu bəlli olub. Queen College-dən olan sosioloq Dana Bes Veinberq və riyaziyyatçı Adam Kapelner qiymətlər arasında uçurumun daha çox olduğunu ortaya çıxarır.

Image result for Kadın para

PLOS Van jurnalı üç məqamı ortaya çıxarır: Əvvəla qadın yazarların əsərləri kişilərə nisbətdə daha az çap olunur. İkincisi, romantizm kimi əsasən qadınlara yönəlik sayılan janrın kitab sektorunda daha az dəyərləndirilməsidir. Üçüncü bir amilsə naşirlərin qadın imzalarına kişi imzalarından yüzdə 9 daha az ödəniş etmələridir.

Image result for Kadın para

Araşdırmada cinsi bərabərsizliyin müstəqil kitab yayımında da olub-olmamasına toxunulur. Müstəqil yazarların da ənənəvi nəşriyyatdakı cinsi ayrı seçkilik qəliblərini qoruduğu görünür.

Image result for Kadın para

Alıcılar “Qadınlar üçün” ya da “ənənəvi qadın tərzli” kitablara daha az ödəmə edirlər. Bir yandan da müstəqil yazarlar öz kitab qiymətlərini qoya bildikləri üçün qiymətlərdəki qeyri bərabərlik çox da bəlli olmur.

Related image

Araşdırmada səslənən “Qadınlar üçün kitablar” və “Ənənəvi qadın tərzli kitablar” ifadələri əlbəttə, mübahisə doğurur. Belə təsnifat yaradan avtoritarlar əsərləri romantizm yönlü olmayan Virciniya Vulf, Ursula K. Le Guin, Simona de Bovuar, Emma Qoldman kimi qadın yazarların əsərlərini yenə o başlıqlar altında dəyərləndirirmi? Yoxsa bu təsnifatlandırmada başqa bir seksist qəliblər iştirak edir?

# 2882 dəfə oxunub

Oxşar xəbərlər

Nədir bu boşluq? - Cavanşir Yusifli

Nədir bu boşluq? - Cavanşir Yusifli

17:48 22 yanvar 2025
Milli yaddaş və milli mədəniyyətlər silinəcək - Orxan Fikrətoğlu

Milli yaddaş və milli mədəniyyətlər silinəcək - Orxan Fikrətoğlu

15:25 21 yanvar 2025
"Pul şairin qadınları satınalma vasitəsidir" - Mətanət Vahid

"Pul şairin qadınları satınalma vasitəsidir" - Mətanət Vahid

14:30 21 yanvar 2025
Demək istədiyindən əminsənmi?

Demək istədiyindən əminsənmi?

11:06 21 yanvar 2025
"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

14:40 17 yanvar 2025
Elnarə Akimova:  "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

Elnarə Akimova: "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

12:00 15 yanvar 2025
# # #