Qalmadı yatmadığım hücrə - Müasir Türk Şeiri

Qalmadı yatmadığım hücrə - <span style="color:red;">Müasir Türk Şeiri
4 may 2018
# 17:32

Kulis.az Azad qaradərəlinin uyğunlaşdırmasında müasir türk şeirindən seçmələri təqdim edir.

Hüseyn Fərhad

İmrul Kays

Atların dilini bilirəm

itin dəyəsini tanıyıram

qadınların gizlinlərini

məhəbbət dəllallarına görə

Qalmadı yatmadığım hücrə

üryan girmədiyim bağça

İmrul Kaysı öldürən zəhər*

mənə də verildi neçə dəfə

Dəli-dolu keçdim Yasribdən

Məkkəyə enəm qalxam

görmək üçün şairin yurdunu

endim qədim Yəmənə.

Yəmən: Misirə

nəqş edilmiş heroqlif

yüz min sağmal dəvə

bir o qədər də sual işarəsi

Yəmən: çölün ətəyinə

sərilmiş cılxa dəri

yüz minlərlə çini kasa

o qədər də cırcırama

Qəhvənin yaşılını sevirəm

südün indiqo rənglisini

həyatda anlamazın biriyəm

həyat tacirlərinə görə

Nəcid* bir kök-köməci

bir dəfnə budağı

gözüm kəlləmə çıxır

günəş batarkən Qırmızı dənizdə

Neçə kərə dodağımda gəzinir

Cemal Süreyyanın iki misrası:

“iki şey: eşq və şeir

şübhəylə qoşadır”

Boynunda parlayan gümüş zəncir

sol qulağında pagan* sırğa

yenə Kaysı ələ verər

dünyaya təkrar geri dönsə

Hər eşq bir şəhər kimi

şeirin bozunda gizlənər

bir gün mənim də qəlbim

Ankarada dara çəkilər

Metafizika

Səni bir kilsə həyətində aramalıyam artıq

xaçlarla gərilmiş ovuclarımda bir səssiz zəng

- Mən deyilmiyəm bu uçqunların üzərində uzanan

saçlarım pərişan

Səni bir sinaqoq həyətində aramalıyam artıq

çılpaq ayaqlarına sürtməliyəm lənətli üzümü

- Mən deyilmiydim maddənin birinciliyini gəmirən

ağlım darmadağın

Səni bir məsçid həyətində aramalıyam artıq

kirli bir dəsmal kimi sərməliyəm ürəyini önünə.

- Nə var içimi qanadan bu əzan səsində

mehrabım darmadağınıq.

Vida

Dünən günəşi paramparça gördüm pəncərəmdən pərdələri çəkdiyimdə

siyah bir səccadə kimi önünə sərdim üzümü mən də.

Əyildim çayından kuzəmi dolduram məlhəm suyunla

gördüm aşiq surətimi əlimdəki fənərin qırıq şüşəsində.

Ürpəndim başımdan barmaqlarımadək

baxdım şirə dolu küpünə batırılmışcasına saralmış bədr.

Ehram kimi təvaf etdimsə ayaq izlərini qibləm sayıb

qaraldı yenə sol məməmin ucundakı cəvahir.

Torpağı dinlədim, cığırlarda yürüdüm, ayaqyalın keçdim qoruqları

o tanış işarətini yenə duymadım vəd etdiyin cənnətin.

Fərrux Tunc

Sözcüklər

“Alkazar”*, “Qəsri-Şirin”dəki qəsr.

Ahibe* bildiyin bəxşiş arvad anlamıdır.

“Karavan”mı?*

O da bir “karvan” çınqısıdır.

Flaminqo

Titrəyən onlar, fəqət ölən bizik

Qızdırmalı ölüm döşəyində.

Düzdə

Artıq dəfinənin balığa yanaşdığı yerlərdə dolaşıram

O yüksək yaylalardan sürərək gəlmiş olsam da atımı.

Eşqin sonu ölümdür

Dağılan bir ömrü misralar sararmı?

Mahnılarla ovunarmı gözləntilər?

Tənhalığa yansıyıb yağarmı yağışlar?

Rənglər necə əmizdirər rəngsiz gözləri?

Göy bu qədər geniş olmasa deyərdi o

sona varmaz yolçular yolları

cavablarımız olurdu bizim də

sorulunca

qəlsəmələrimiz

dalınca dərin sulara.

Qarışqalar götürməsə qismətimizi

Quşlar çiynimizə qonmasa ibrət kimi

Şeir yazmaz

bir məslək alardıq

gündüz

gecə çapardıq

yorğa atımızın tərkində.

Necə şəhər olduğunu soruşardı

nə zaman şəhərlərdən söz düşəndə

şəhərlərdə neçə küçə

neçə yetkin sifət küçələrdə.

Və necə anladılırdı

sehri eşq ağacının

büründüyümüz

hər bir yarpağıyla

O ağacların uğultusuyla

parçalanır ürəyim

dedi gedərkən

Mənsə kar bir qaya

bilirdim eşqi...

gercekedebiyyat.com

*İmrul Kays – miladın 520-ci ilində Ərəbistan yarımadasının Nəcid bölgəsində doğulmuş ərəb şairi. Öz dövrü üçün şeirdə yenilikçi sayılır. Hökmdar oğlu olduğundan düşmənləri ilə döyüşdə yardım üçün İstanbula (Konstantipola) gəlmiş, lakin buranın hökmdarı ona zəhərli libas vermiş, şair zəhərlənərək ölmüşdür. Qəbiri Ankaradadır. (Tərcüməçinin qeydi)

*Pagan – dini deyil, təbiətə tapınan, təbiətlə iç-içə olan inanc.

*Alkazar – İspaniyanın Əndəlüs şəhərində ərəblərin tikdiyi qalın divarlı müdafiə qəsrlərinə verilən ad. Ərəbcə “əl-qəsr” kəlməsindəndir. (Tərcüməçinin qeydi)

*Ahibe - ərəbcə “əl-hibə” sözündəndir, ispancaya “ahibə” şəklində keçib. “Hədiyyə”, “bəxşiş” arvad, qadın anlamındadır.

*Karavan – səyyar ev, qoşqu evi.

# 1226 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #