Gənc yazarı içki düşkününə çevirən 10 MƏRHƏLƏ

Gənc yazarı içki düşkününə çevirən <span style="color:red;">10 MƏRHƏLƏ
4 avqust 2017
# 13:50

Kulis.az yazarı alkoqol asılılığına aparan mərhələləri təqdim edir.

1. İçki məclislərini özünüz üçün kəşf edirsiniz: ilahi, siz xoşbəxtliyin bu qədər yaxında olduğunu necə bilməmisiniz? Nə gözəl dostlar varmış bu məclislərdə? Elə bil arxanızda böyük bir el var. Onlara necə də güvənirsiniz!

Image result for алкаш

2. İçkili söhbətlərin, qeybətlərin ləzzətini yaşayırsınız. Qəbul etdiyiniz spirtin verdiyi zövq bir yana, istedadına inandığınız adamların söhbətləri o biri yana. Özünüzü inandırırsınız ki, sizi onlara bağlayan içki yox, bu dərin söhbətlərdir.

Image result for алкоголь

3. İçki bioloji tələbatla yanaşı həm də adi vərdişə çevrilir. Sadəcə içirsiniz. İstəməsəniz də. İçki badəyə süzülür, əliniz uzanır və qaldırıb ağzınıza yaxınlaşdırırsınız. Bu qədər sadə! O gedən yerə, dərd bəla getməsin.

Image result for водка пить

4. Bəzən nə qədər içirsiniz, “O məqamı” yaxalaya bilmirsiniz. Halbuki özünüz üçün ideallaşdırıb ən ali zövq aldığınız o an təkcə içkiylə bağlı deyilmiş. Sizin ovqatınız, məclisdə oturanlar, həmin gün ölkədə baş verənlər, aldığınız xoş bir xəbər, küçədə gördüyünüz yaraşıqlı cütlük – hamısı o məqamın yaranmasına təsir edib. Ən böyük səhviniz odur ki, siz “O məqam”ı bir daha yaxalaya bilməyəcəyinizi anlamırsınız. Elə hey axtarırsınız. Günlərlə, aylarla, illərlə, bəzən bütün ömrünüz boyu... Unudursunuz ki, bir çaya iki dəfə düşmək olmur.

Image result for выпим

5. Artıq səhərlər qalxanda gün ərzində düşündüyünüz işlərdən biri də içki içməkdən. Tezdən planladığınız ən vacib işlərin içərisinə bunu da daxil edirsiniz.

Image result for пить

6. Tədricən içki içmək gündəlik işlər arasından seçilməyə başlayır. Onun haqqında daha çox düşünürsünüz və təbii, daha çox can atırsınız. Nəticədə daha çox içirsiniz və çox zaman bu prosesin geriyə yolu olmur.

Image result for водка пить

7. İçki içmək vərdişdən artıq ehtiyaca çevrilib. Artıq siz “alkaşlıq”a doğru əzmli addımlarla irəliləyirsiniz. İçki sizə yazmadığınız əsərlərin, çatmadığınız arzuların ləzzətini yaşadır. O məclislərdə özünüzü və dostlarınızı ədəbiyyatın sahibləri, ən vacib yaradıcıları sayırsınız. Yerdə qalan istedadları da siz bölüşdürürsünüz və sizin siyahınız ən ideal siyahıdır. Hətta tarixə də əl gəzdirə bilirsiniz. Vay bə! Böyük olmaq elə də çətin deyilmiş. Bir yüz də vuraqmı?

Image result for водка пить

8. Unutmayın, “alkaş” olmaq üçün sağlamlıq vacib şərtdir. Əgər nasazsınızsa, yolda qala bilərsiniz. Bir gün canınız ağrıyacaq, içkidən imtina etmək məcburiyyətində qalacaqsınız. Beləliklə, əsəbləriniz də, bədəniniz də içkidən fasilə imkanı əldə edib özünü bərpa edəcək. Hər içmədiyiniz gün, içmədiyiniz həftə sizi çıxdığınız “müqəddəs” yoldan saxlayacaq.

Image result for водка пить

9. Sakitlik də vacib şərtdir. Əgər içib dava salır, müxtəlif arzuolunmaz macəralar yaşayırsınızsa, sizdən “alkaş” olmaz. Çünki yenə peşman olub az və ya çox müddətə içkidən aralanacaqsınız ki, bu da heç “yaxşı hal” sayılmır.

Image result for водка пить

10. Son iki bənddəki arzuolunmaz hallar baş verməyibsə, öz yolunuzda əzmlə addımlayırsınız və içkiyə fizioloji tələblə yanaşı mənəvi tələb kimi baxırsınız. Artıq içki sizin həyatınızda nəinki ən vacib ayinlərdən biridir, hətta yaşamağınız üçün yeganə çıxış yoludur. Siz içkiyə gərginliklərdən, ədalətsizliklərdən, həyatdakı uğursuzluqlardan, problemlərdən xilas yolu kimi baxırsınız. Bunun üçün fəlsəfi konsepsiyanız da var. Ancaq bu konsepsiyaya özünüzdən başqa heç kim inanmır. İçmək üçün də, səbəbləriniz çoxdur. Pul az da olsa olar. “Bıstro”lar azdırmı şəhərimizdə? Çəkinməyin. Pul yoxdursa, dostlar var. İki yüz, üç yüz qıramı sizdən kim əsirgəyər? Nuş olsun!

# 1614 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #