“O mesajı dəfələrlə dinlədim” - Vəfat edən yazıçının NOBEL NİTQİ

“O mesajı dəfələrlə dinlədim” - Vəfat edən yazıçının NOBEL NİTQİ
7 avqust 2019
# 12:21

Kulis.az bu günlərdə vəfat edən Amerikan yazıçısı Toni Morrisonun 1993-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatı alarkən etdiyi çıxışı təqdim edir.

Bu zala məndən əvvəl bura gələnlərin ruhu ilə sarılmış halda girdim. Aralarında, əsərləri ilə mənə fərqli dünyaların qapılarını açan imzaların da olduğu Nobel Mükafatı sahibləri, bir yandan gözümü qorxudarkən, digər tərəfdən insanı bağrına basır. Yaradıcılıqlarının miqyası və özünəməxsusluğu, cəsarəti və baxış bucağının dəqiqliyi bəzi hallarda qəlbimi qırdı. Əsərlərinin heyrət verən möhtəşəmlikləri məni həm çətinliyə salıb, həm də bəsləyib. Onlara olan borcum, məni bu seçilmiş qrupa daxil etdiyi üçün İsveç Akademiyasına olan borcumla yarışacaq səviyyədədir.

Oktyabr ayının əvvəllərində bir yazar dostum mənə səsli mesaj göndərdi. Bu mesajı həftələrlə telesekretarda saxladım və səsindəki titrək xoşbəxtliyi, sözlərindəki inancı duymaq üçün təkrar-təkrar qulaq asdım. Mesajda belə deyirdi: “Əziz dostum, aldığın mükafat eyni zamanda bizim sayılır və səninkilərdən daha yaxşı əllərdə ola bilməzdi”. Mesajındakı şövq, haqlı optimizmi və əsrarəngiz etibarı bu günü mənim üçün çox mənalı edir.

Ancaq bu zaldan, zala girəndə hiss etdiyimdən daha xoş hisslərlə ayrılacağam. Bu da gələcəkdə Nobel Mükafatını alacaq şəxslərin ruhları ilə sarılacağıma görədir. Onlar, mən bu sözləri söylərkən bizi xəyalını belə qura bilməyəcəyimiz qədər aydınladacaq o dili araşdırır, sözləri ələyir və partladırlar.

Bəziləri bu ilahi məbəddə bir yer tapa biləcək, bəziləri tapa bilməyəcək qədər dahi olsa da, bu damın altında bir araya gələnlərin sayı getdikcə artır. Səsləri, özlərindən əvvəlki və gələcəkdəki mədəniyyətlərin səsinə çevrilir. Bizi xəyal gücləri ilə müşahidə edirlər.

Buna görə də İsveç Akademiyasının mənə bəxş etdiyi bu mükafatı, atalarımın mənə verdiyi hədiyyələri, bacılarımın təbriklərini və gələcək yazarların gözləntilərini də nəzərə alaraq qəbul edirəm. Bu xoşbəxt anı mənimlə paylaşmağınız diləyi ilə.

# 4632 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər