Saçları daranmamış, ağzı köpüklü, gözlərindən od yağan filosof

Saçları daranmamış, ağzı köpüklü, gözlərindən od yağan filosof
4 dekabr 2013
# 12:05

Kulis.Az fin yazıçı Kari Salminenin “Finlandiyanın Zizeki, hardasan?” yazısını təqdim edir.

Aamulehti qazeti

20.11.2013

Finlandiya filosofları qorxaq mama uşağı, paxıl və dünyada tanınmayan birisidirlər. Onlar ictimaiyyət arasında olurlarsa, deməli, filosofların dəyərləndirmələrinə görə əsl filosof ola bilməzlər.

Çiçəklənmə ssenaristi Pekka Himanen, fantastika elçisi Esa Saarinen, peşəkar mütəfəkkir Kirsti Lonka, iqtidarın düşüncə yardımçısı İlkka Niiniluoto da – hamısı yanılır. Çünki tanınırlar, gördükləri işlərin müqabilində də şirkət və dövlətdən pul alırlar.

Hansısa bir universitet idarəsinin zirzəmisindən axşam tv ulduzu, Slavoy Zizek kimi nərildəyən bir aslan çıxsa, görəsən, Finlandiyada buna necə reaksiya verərlər? Fəlsəfə peşəkarlarının fikrinə görə, sloveniyalı Zizek — “Stalin hələ çox da dərinə getmədi” və “Lenin haqlıydı” deməklə kommunist totalitarizmi ilə naz-qoz eləyən populist və perfomans aktyorudur.

Zizekin dediklərini düzgün anlamırlar. O, paradokslar vurğunudur. Bundan başqa, gərək bu adamı fəaliyyət başında görəsən, o zaman Zizek püskürən bir insan vulkanına dönür. “Filmin gizli dili” (2006) adlı filmin davamı olan “Zizek və filmin gizli ideologiyası” tv-serialına bu gün bir bütün olaraq baxmaq gərəkdir. Millət belə filosoflar istəyir. Hər halda — millətin əsasən müdrikləri dinləyən bölümü.

Zizekin əlləri bir an olsa belə bir yerdə durmur. Onun əlləri düşüncə selini nevrotik stereotip jestlərlə ritmlərə bölür. Saçları daranmamış, ağzı köpüklü, gözlərindən od yağır. Zizek, məhşər günün artıq gəldiyini və bunu liberal kapitalizmin gətirdiyini deyən apokalipsis peyğəmbəridir.

Zizeksayağı mütəfəkkirlər özəlliklə aktiv solçu gəncləri cəlb edir. Bu insan az qala hər şeyə qarşı çıxır, çünki hər şey yalnız ideologiya, yanlış maariflənmə, bir də sistemə və onun lordlarına xidmət edən süni gerçəklikdir. Bu sapıq — başqa cür düşünməyə, ideologiyanın gücünü qırmağa cəsarət edən sağlam bir insandır.

Son zamanlar Zizek “Pussy Riot” hərəkatındakı Nadejda Tolokonnikova ilə məktublaşırdı. Filosof büsbütün məktub və “cinayət yoldaşı”dır, bununla belə o da ya yandaş ya rəqabət qaydaları hökm sürən toplum diqqəti altında yaşayandır.

Filosofa görə, “Pussy Riot”un fəaliyyətini avtoritar hakimiyyətə qarşı yönəlmiş liberal protest sayırlar. Əslində isə məsələ daha da ciddidir, bu da liberallara həmçinin mane olur.

Məktubunda Zizek yazır: “Siz stalinizm və müasir qlobal kapitalizmin arasındakı fasiləsizliyi nümayiş edirsiniz.”

Fəlsəfəni dadsız-duzsuz sayan mədəniyyət tədqiqatçısı Hanna Kuuselaya görə, Zizek bir çox cəhətdən nifrət edilən mütəfəkkirdir, bu üzdən də Zizeki çox asanlıqla lətifə söyləyənlər cərgəsinə qoşmaq olar.

Finlandiyada media fiquru və fəlsəfə klounluğunu bacaran Zizek kimi birisi hansı gözümçıxdılara, linçlərə məruz qala bilər?

Bizdə fəlsəfi fikir birliyini fəlsəfə nəzəriyyəsi dosenti Panu Raatikainen səsləndirir. O, demək olar ki, ilboyu Pekka Himanenə qarşı savaş açıb. Noyabr ayının əvvəlində öz köşəsində Finlandiyada fəlsəfənin dik durmağa ehtiyacı olduğunu yazır. Raatikaineni qıcıqlandıran odur ki, filosofları az qala toplum masqarası və ictimai zarafat kimi qəbul edirlər. Deyəsən, Raatikainen özünün çalışqan lətifəçi olduğunu görmür: “Hal-hazırda Finlandiyanın ictimai fəlsəfə imicində bir-birini görkəmli filosof kimi qələmə vermək adəti hökm sürür. Bunlar üçün önəmli olan özlərini toplumun projektorları hesab etmək, siyasi və maliyyə elitalarına yaxın olmaq və əlbəttə ki, öz pul kisələrinin ağırlaşmasını yəqinləşdirməkdir. Asta, əziyyətli akademik fəlsəfi araşdırma və onun nəşri bunları maraqlandırmır.”

Tənqid başadüşüləndir, amma Himanen kimilərinin elmi araşdırmaları hansı yolla, nə cür əngəlləmələrini anlamaq olmur. Hakimiyyətin “Gələcək 2013” adlı proyektinə aid raportları hazırlamağa Himanen də qoşulmuşdu. Bu proyektdə Finlandiyanın iqtisadi, ekoloji və mənəvi cəhətdən daha yaxşı yönəldilməsi üzərində düşünülmüşdü. Bundan daha da pis günahlar kəşf etmək heç də çətin iş deyil.

İlin ortasında İlkka Niiniluoto Ahonun hakimiyyəti zamanı 1993-cü ilin iqtisadi durumu haqda “Finlandiyanın ruhi durumu və gələcəyə baxış” adlı raport hazırlayıb. Hər iki dialoq peşəkarcasına nokauta göndərildi. Göründüyü kimi, filosof qəddar elmi fəlsəfədən başqa heç bir işlə, xüsusilə də hakimiyyətdəkilər üçün statistika ilə məşğul ola bilməz.

Bəlkə hər şeyi tərsinə və dəli notlarla söyləyən Zizek kimi daha cəsarətli filosoflara ehtiyacımız var? Fəlsəfə zövqsüzlük, utanmazlıq və təhlükə donuna da girə bilər.

Beləsi katalizator, əcəba yeni növ oyun açarı qismində çıxış edə bilər. Fəlsəfi araşdırma önəmlidir, amma müqəddəs məcnunlar və ya dəbli şarman çalğıçıları oradan kənarlaşdırılmamalıdır. Onlar heç nə aparmır, əksinə - meydana əlavə nələrsə gətirir.

Böyük Azərbaycan filosofu

Asif Atanın əziz xatirəsinə

fincədən çevirdi İlahə Ucaruh

# 2076 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #