Nəsimiyə həsr olunmuş jurnal təqdim olundu

Nəsimiyə həsr olunmuş jurnal təqdim olundu
2 may 2019
# 15:48

Azərbaycan Yazıçılar Birliyində (AYB) "Ulduz" jurnalının İmadəddin Nəsimiyə həsr olunmuş sayı təqdim olunub.

ONA-nın məlumatına görə, jurnalın baş redaktoru Qulu Ağsəs 2019-cu ilin Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin adı ilə bağlı olduğunu vurğulayıb: “Ulduz" jurnalının aprel sayını Nəsimiyə həsr etmək qərarına gəldik. Jurnalın bu nömrəsini Abid Tahirli ilə bir yerdə çap etmişik. Kitabda alimlərimizin Nəsimi haqqında məqalələri yer alır".


AYB sədri Anar çıxışında bildirib ki, jurnalda Nəsimi haqqında müxtəlif səpkili yazılar verilib: "Arzu edirəm ki, digər yazıçılarımız barədə də bu cür nömrələr buraxılsın".


"Ulduz" jurnalının aprel sayından məsul Abid Tahirli jurnalda dərc olunan məqalələrin Nəsimi yaradıcılığının Azərbaycan dili və ədəbiyyatına təsirindən bəhs etdiyini qeyd edib.


Tənqidçi İradə Musayeva Nəsiminin məktəb dərsliklərində hələ də ateist şair kimi tədris olunması fikrini səsləndirib: "Təəssüf ki, Nəsimiyə sovet dövründə olan münasibət dəyişməyib. İnanıram ki," Nəsimi ili" çərçivəsində onun yaradıcılığına həsr olunmuş məqalələrin sayı daha çox olacaq".


Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M. Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, (AMEA) İ.Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Qüdsiyyə Qəmbərova, fəlsəfə elmləri doktoru Rahib Ulusel, yazıçı Seyran Səxavət və başqaları çıxış ediblər.


Daha sonra "Ulduz" jurnalı və "Vektor" Beynəlxalq Elmlər Akademiyasının İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirdiyi poeziya müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə üçüncü yerin qalibi Ruslan Dostəli, ikinci yerin qalibi Firdovsi Rəsul, birinci yerin qalibi isə Emin Piri olub.


# 2246 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər