Gəl ay işığında səninlə hürək... - Sergey Yesenindən şeirlər

Gəl ay işığında səninlə hürək... - Sergey Yesenindən şeirlər
3 oktyabr 2019
# 21:02

Bu gün böyük rus şairi Sergey Yeseninin anadan olmasından 124 il ötür. Kulis.az şairin bir neçə şeirini təqdim edir

Gecəyə bax! Möcüzədir göydə ay,
Ərşə çəkilibdir yuxum bu gecə.
Könlüm keşikçidir sanki haraylar
Solub gedən gəncliyimi gizlicə.

Sən ey buz illərin könül sirdaşı,
Məhəbbət demə gəl hər bir oyuna.
Qoy bu ay işığı hər addımbaşı,
Salsın şöləsini mənim boyuma

Heç nədən qorxmadan, heç düşünmədən
Qoy ayın işığı çəksin şəklimi.
Onsuz da unuda bilməyəcəksən,
Necə ki, sevə də bilmədin məni.


Həyatda bir dəfə sevərlər, düzü
Onunçün bu qədər yadsan sən mənə.
Hədər yerə cökə çağırır bizi,
Bax girib yenə də qarın içinə.


Axı hər ikimiz yaxşı bilirik,
Bu mavi gecədə, ay işığında,
Cökənin üstündə yoxdu bir çiçək,
Qar-qırov görünür hər yarpağında.


(tərc. İsaxan İsaxanlı)


***

Tor kimi meşəni bürüyüb bulud,
Xoş iyli dumanın dodaqları nəm.
O doğma yerlərdən uzaqda qalan
Kirli bir vağzaldan çıxıb gedirəm.


Meşə də qəmli bir yuxuya gedib,
Başında yaylıq var sanki o şamın.
Mənim ürəyimin əzablarını
Bu qəmli vətən də öpüb oxşamır.


Büzüşüb kədərdən çüt bacı küknar,
Oxuyur at çapan gözündə kədər:
"Öləcəm bir məhbəs yatağında mən,
Eh, məni hardasa dəfn edəcəklər…"


Çoxdan qəlbimizdə yoxdu məhəbbət,
Unutduq sevginin nə olduğunu.
İndi bizim üçün boş şeydir əlbət,
Oynamaq bu ucuz eşq oyununu.


Amma hər nə olsa, qucaqla məni,
Qərq eylə o saxta öpüşlərinə.
Qoy çəkilsin daha qəlbimin çəni,
Qovuşum əbədi məhəbbətimə.

***

Bənzərsiz ənginlik, kövrək üfüqlər...
Sovuşdu yurdumdan tufan qorxusu.
Ürəyim açılmış düzənə bənzər,
Havanı uduram ciyər dolusu.


Toxdadım. İllərdə gördü işini,
Danmıram dövranın sərt gərdişini.
Sanki dəhmərlənmiş, qızışmış atlar,
Ölkəni büsbütün çalıb-çatdılar.


Hay-küylə çaparaq gözdən itdilər,
Tozanaq qoparıb, tufan etdilər.
Sükutda budaqdan üzülüb uçan,
Yarpağın səsi də gəlir uzaqdan.


Götür-qoy edərək baş verənləri,
Ölkədə baş verən xeyiri, şəri.
Götür-qoy edirəm yaxşı-yamanı,
Səbəbkar özgəsi, özüm olanı.


Olan oldu, keçən keçdi, daha gecdi,
Giley-güzar iniltili ahu-zar...
Yanmağımı yozmaq olar bir yerə -
Eyş-işrətə xərclədiyim illərə.


Sütül palıd bərkiyincə beləcə,
Sına bilər, qəfil külək dəyincə...
Heyif sənə, mənim qızıl baharım,
Dəli-dolu cavanlığım, çağlarım!


(tərc. Səyavuş Məmmədzadə)


Bryusovun itinə

Cim, yetər, əini mənə ver görək,
Ömrümdə belə əl görmədim, ay it
Gəl, ay işığında səninlə hürək
Hava da səssizdir, hava da sakit

Cim, yetər, əlini mənə ver görək
Di bəsdi, əzizim yalmanma belə
Anla ürəyimdən keçənləri bir
Axı həyat nədir, bilmirsən hələ
Bilmirsən dünyada yaşamaq nədir


Sahibin şöhrətli, həm dəxoşsifət
Hər gün də evində saysız qonaq var
Hamı da göstərir sənə məhəbbət
Məxməri tükünü sığallayırlar


Ay Cim, sizə gələn saysız qonaqar
Hərəsi bir cürdür, diqqət elə sən.
O sakit, kədərli bir nəfər ki var,
Bura gəlmişdimi, de, təsadüfən


O qız gələcəkdir, bilirəm, hökmən
Mənsiz dikib ona nəzərlərini
Günahım olsa da olmasa da sən
Mənim əvəzimdən ay Cim, ürəkdən,
Öpərsən o qızın zərif əlini.

# 4025 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #