Həyat yoldaşına pomada çəkməyi qadağan edən dahi rus yazıçı

Həyat yoldaşına pomada çəkməyi qadağan edən dahi rus yazıçı
12 may 2018
# 12:00

Kulis.az “Fyodor Dostoyevski - əsas xüsusiyyətləri” adlı yazını təqdim edir.

1. Boyu

169 sm.

2. Saqqal

Müasirləri arasında belə bir lətifə yayılıbmış ki, guya Dostoyevski Fransadan xüsusi maz sifariş edib. Mazı yaxanda saqqal daha sıx olur.

3. Sevimli mahnısı

Tez-Tez “Na zare tı yeyo ne budi...” adlı romans oxuyarmış.

4. Danışıq tərzi

Nitq söyləməyi xoşlasa da yaxşı natiq deyilmiş. Çox vaxt fısıltıyla danışırmış. Buna görə də onu yalnız ən yaxın adamları yaxşı anlayırmış.

5. Epilepsiya tutmaları

Epilepsiyadan əziyyət çəkirdi. Yazıçı V.Solovyov yazır: “Hər dəfə epilepsiya tutması yaşayandan sonra dözülməz olurdu. Əsəbləri o qədər gərilirdi ki, özünü idarə edə bilmir, adamları qıcıqlandırırdı.”

6. Hərbi mühəndis

Peterburq hərbi mühəndislik məktəbini bitirsə də sirkul və xətkeşlə işləməyi heç sevməzmiş. Deyilənə bir dəfə Dostoyevskinin çəkdiyi çertyojlardan biri I Nikolayın əlinə keçir. “Bunu hansı axmaq çəkib?” – imperator soruşur. Bu hadisədən sonra gələcəyin yazıçısı işdən çıxır.

7. Səhvlərini etiraf etmək bacarığı

Petraşevçilər dərnəyinə üzvü olduğuna görə haqqında edam hökmü çıxarılmış, lakin son anda edam 4 illik katorqa cəzası ilə əvəzlənmişdi. Bundan sonra dünyagörüşünü dəyişən Dostoyevski inqilabçıları Rusiyanın ən böyük düşməni kimi qələmə verməyə başladı.

8. Özünə əzab vermək

Müasirlərinin dediklərinə görə Dostoyevskinin özünə əzab verməkdən xoşu gəlirmiş. Özünü “Kvazimodo” adlandıran yazıçı belibükük olduğuna görə bədən quruluşunu bəyənmirdi. Buna görə də paltarları əynində gödək qalırdı. Və bu eybini hər yerdə dilə gətirirdi.

9. Narahat adam

Demək olar ki, hər zaman gərgin görünür, söhbət zamanı bir də gördün pıçıltıyla danışmağa başlayır, birdən də bağırırdı. Qadınlar ona rədd cavabı verəndə əsəb gərginliyindən ürəkkeçməsi tuturdu.

10. Oyunçu

Qumara böyük marağı olan yazıçı kart oyunları və ruletkada xeyli pul uduzurdu. Buna görə də həmişə borclanır, borclarını ödəmək üçün isə nəşriyyatlarla birtərəfli müqavilələr bağlamağa məcbur olurdu.

11. Həyatının məhəbbəti

“Oyunçu” romanını rekord müddətə, 26 günə yazıb. Əgər vaxtında çatdırmasaydı nəşriyyatla müqaviləyə əsasən 8 il müddətinə bir qəpiksiz roman yazmalı idi. Buna görə də yazıçı romanı dedlayna yetişdirmək üçün Anna Snitkina adlı stenoqraf götürür. Fyodor və Anna sonradan evlənirlər, Anna onu borc bataqlığından qurtarır, Fyodor isə ruletka oynamaq vərdişini yerə qoyur.

12. Qısqanclıq

Dostoyevski olduqca qısqanc adam olub. Hətta xanımı üçün ciddi qaydalar müəyyənləşdirmiş, həyat yoldaşı da ona əməl edirmiş. Belə ki, o, dodaqlarına pomada, gözlərinə sürmə çəkə bilməzmiş. Ən əsası başqa kişilərin üzünə gülümsəmək də qadağan imiş.

13. Təmizkarlıq

Pintiliyi heç sevməz, paltarda ləkə görəndə özündən çıxarmış. Gələcək həyat yoldaşının paltarında və şlyapasında balaca bir ləkə gördüyünə onu iki dəfə evə yollayıbmış ki, özünü qaydaya salıb qayıtsın.

14. Dəqiqlik

Həmişə görüşün dəqiq vaxtını müəyyənləşdirər, ardınca da əlavə edərmiş: “Nə gec, nə də tez”. Bir dəqiqə gecikən olsa belə qəbul etməzmiş.

15. Tələskənlik

Vaxtında yetişdirmək üçün əsərlərinin çoxunu olduqca tələsik yazıb. Buna görə də əsərlərində belə cümlələrə rast gəlmək olar: “Qonaq otağında oval formada yumru stol var idi.”

16. Sevimli içkisi

Çay sevimli içkisi idi.

17. Sevimli yeməyi

Suda bişirilmiş toyuq və pendirli buterbrodları sevirdi.

18. Bayquş

Adətən gecələr yazmağı xoşlayırdı.

19. Alkoqollu içkilərə münasibəti

Demək olar ki, spirtli içki qəbul etmirdi. Belə hesab edirdi ki, spirtli içki insanı heyvaniləşdirir, qəddarlaşdırır, ağlını əlindən alır və işıqlı fikirlərdən uzaqlaşdırır.

20. Dünya görüşü

Sürgündən qayıtdıqdan sonra patriot və dövlətçilik tərəfdarına çevrildi. Rusiyanın xilasını pravoslavlıqda görür və Qərb dəyərlərinə nifrət edirdi.

# 4275 dəfə oxunub

Oxşar xəbərlər

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər