Atası öldürülən alman şairindən ÜÇ ŞEİR

Atası öldürülən alman şairindən <span style="color:red;">ÜÇ ŞEİR
13 iyul 2017
# 21:00

1922-ci il, may ayının 6-da Vyanada doğulan Erix Fried , Avstriyanın tanınmış şairlərindən biridir. O, həm də tərcüməçiliklə məşğul olmuş, Şekspiri alman dilinə mükəmməl tərcümə etmişdir.

Məktəb illərindən yazmağa başlayıb. 1938-ci ildə Almaniya Avstriyanı işğal etdikdən, atası öldürüldükdən sonra Erix Londona qaçır və elə ömrünün sonuna qədər de orada yaşayır. Vətənindən uzaqda yaşadığı müddətdə “Emigrantenjugend” adlı bir qurum yaradır. Beləliklə sonrakı aylarda həm anasının, həm də başqa insanların İngiltərəyə qaçmasına kömək edir.

1950-ci ildə BBC-nin alman yayımında aparıcı olaraq çalışır. Daha sonra böyük səs-küyə sebeb olan siyasi fikirli şeirlər toplusu “Vietnam və Erix” kitabını yazır.

Siyasi fikirləri, tənqidləri cəmiyyət tərəfindən birmənalı qəbul olunmur. “Der Spiegel” qəzetində yayımlanan məqaləsinə görə məhkəmə qarşısına çıxmalı olur. Maraqlıdır ki, hekayələrindən birini dilimizə tərcümə etdiyim Henrix Böllə Erixin yolu burada da kəsişir. Ancaq böyük alman yazıçısı Böllün ifadəsindən sonra Erix sərbəst buraxılır.

İllər sonra Erix Fried “Sevgi şeirleri” kitabı ilə insanları təəccübləndirir. Ölümündən 6 il öncə Avstriya vətəndaşlığını qəbul edir, Bremenin, Avstriyanın Ədəbiyyat mükafatlarına layiq görülür.

Men Erixi sevgi şeirləri ilə tanıdım. Ruhuma yaxın bildiyim üç şeirini də öz dilimizə tərcümə etdim.

Nərgiz Gəray

Sevgi şeirim

Həsrətini kim çəkər,

Mən sənin həsrətini çəkdiyim kimi?

Kim oxşayar səni,

Sənə uzanan əllərim kimi?

Bu mənəmmi, yoxsa bitməyən gəncliyim?

Bu mənəmmi, yoxsa gələn qocalığım?

Bu cəsarətdir, yoxsa ölüm qorxusu?

İllərdir mənə kədərdən başqa

heç nə verməyən həsrətimdən sənə nə?

Bu ağrıdan doğan amma məni yasadan

şeirim sənə nə verəcək?

Hər şeyə rəğmən

o bağçada yağışdan əvvəl saçan günəş,

Ligusterler,

Ölmüş otların ətri.

Gözlərim sənə baxır,

Əllərim sənə toxunur...

Qış baxçası

Sarı və qırmızı markalı zərfini dibçəyə əkmişəm.

Hər gün onu sulayacam,

Gözəl, kədərli və sən qoxan məktubların yetişsin deyə.

Kaş, bir az da tez əkəydim,

İlin sonunu gözləməyəydim.

Sənsiz

Bəlkə də həyat daha asan olardı,

Səninlə görüşməsəydim.

Hər dəfə ayrılanda daha az kədərlənərdim.

Daha az qorxardım,

Bugünkü ya da sabahkı ayrılıqdan.

Bu çəkilməz həsrət de olmazdı,

Sən olmasaydın.

Vüsalı tez və bir göz qırpımında istəyirəm.

Biləndə ki, olmayacaq

Nəfəs ala bilmirəm.

Bəlkə də həyat daha asan olardı,

Sənlə görüşməsəydim.

O da mənim həyatım olmazdı.

# 2737 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər