Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı olub

Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı olub
14 iyun 2017
# 16:47

İyunun 13-də Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin birgə ərsəyə gətirdiyi Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı olub.

Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və ölkənin tanınmış ziyalılarının iştirakı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə Mərkəzin direktoru Afaq Məsud Kolumbiya səfirliyi ilə birgə layihələrdən söz açaraq, xalqlararası dostluq və anlaşmanın ən qısa və faydalı yolunun ədəbiyyatdan keçdiyini bildirib, Mərkəzin bu istiqamətdə reallaşdırdığı növbəti layihələr barədə məlumat verib.

Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Galindo öz növbəsində Tərcümə Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycanla Kolumbiya ədəbiyyatlararası mübadilələrin bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə iştirak edən tanınmış elm və sənət adamları ədəbiyyatın insanlığa, bəşəriyyətə təsirindən söz açıblar, bədii düşüncənin xalqları biri-birinə doğmalaşdırdığından, belə layihələrin dünya xalqlarını bir-birinə yaxınlaşdırılmasında əhəmiyyətindən danışıblar.

Sonda Kolumbiyadan təşrif buyurmuş şair, kitabın redaktoru Katalina Qonsales Restrepo antologiyada yer alan müəlliflərin mətn özəlliklərinin təhlili üzrə məruzə edib, şairlərin şeirlərindən parçalar səsləndirib.

# 2039 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər