Atanın oğula sevgi məsləhəti: “Bu hissi doya-doya yaşa” LAYİHƏ

Atanın oğula sevgi məsləhəti: “Bu hissi doya-doya yaşa” LAYİHƏ
20 avqust 2013
# 10:20

Nobel mükafatçısı Con Steynbek (1902-1968) “Qəzəb salxımları”, “Adamlar və siçanlar” kimi əsərləri ilə məşhur olsa da, onun yaradıcılığı həm də yazdıqları məktublarla zəngindir. Steynbekin ailəsi, dostları, naşirləri və özü qədər məşhur ictimai fiqurlara yazdığı təxminən 850 məktub onun necə bir insan olduğunu bilməyə, bioqrafiyasını, həmçinin hansı düşüncələrə sahib olduğunu, dürüstlük, tərslik, hazırcavablıq kimi keyfiyyətlərə malik olduğunu öyrənməyə kömək etmişdir.

Onun yazdığı məktublar arasında böyük oğlu, yeniyetmə Toma yazdığı məktub da var. Yazıçı cavab məktubunda oxuduğu məktəbdə Syuzan adlı bir qıza aşiq olmasından danışan oğluna münasibətini bildirir. Yazıçının zəriflik, optimizm, uzaqgörənliklə dolu müdrik sözlərdən ibarət bu məktubu hər bir insanın ürəyi və şüurunda öz izini qoymalıdır.

Kulis.Az Con Steynbekin 1958-ci ildə oğluna yazdığı məktubunu təqdim edir.

Nyu York

10 noyabr, 1958

Əziz Tom,

Biz sənin məktubunu bu səhər aldıq. Mən sənin məktubuna öz nöqteyi-nəzərimdən cavab yazacağam, təbii ki, İleyn də öz məktubunda eləcə.

İlk olaraq, əgər sən aşiqsənsə (bu isə çox yaxşıdır), bu, insanın başına gələ biləcək ən gözəl hadisədir. İmkan vermə kimsə bu hissi sənin gözündən salsın.

İkincisi, dünyada bir neçə cür sevgi var. Biri xudbin, paxıl, acgözdür, sevgi hissindən yalnız özü üçün istifadə edir. Bu, sevginin eybəcər növüdür. Digəri isə səndə olan bütün yaxşı cəhətlərdən – mehribanlıq, hörmət hissindən irəli gələn sevgidir.

Bu zaman ictimai hörmət hissi deyil, fərdlərin unikal və dəyərli olduğunu göstərən daha səmimi və uca hörmət hissi nəzərdə tutulur. Əgər birincisi səni xəstə, kiçik, zəif edəcəksə, ikincisi özündə belə bir hislərin olduğundan xəbərsiz olduğun halda, sənin gücünü, cəsarətini, müdrikliyini və mehribanlığını üzə çıxaracaq.

Yazırsan ki, bu, uşaq sevgisi deyil. Əgər sən bunu o dərəcədə dərindən hiss edirsənsə, demək, əlbəttə ki, uşaq sevgisi deyil.

Amma məncə, sənin məndən soruşduğun heç də nə hiss etdiyin deyildi. Sən bunu özün hamıdan yaxşı bilirsən. Sənin məndən soruşmaq istədiyin bununla bağlı bir məsləhət almaq istəyindir, bu məsləhəti də mən sənə verə bilərəm.

Bu hissi doya-doya yaşa və onu hiss etdiyin üçün minnətdar ol.

Sevginin obyekti hər zaman ən yaxşı və ən gözəl olur. Çalış bunu duyasan.

Əgər kimisə sevirsənsə - bunu açıq ifadə etməyə çəkinmə - unutma ki, bəzi insanlar çox utancaqdır və bəzən onların dediklərində utancaqlıq əlamətinin olmasını nəzərə almalısan.

Qızlar hər zaman oğlanların hissindən xəbərdar olurlar, lakin onlar bu haqda həm də eşitməyi sevirlər.

Bəzən elə olur ki, sənin hissinə bu və ya digər səbəbdən qarşılıq verilmir, amma bu sənin hissinin dəyərini aşağı sala bilməz.

Sonda onu deyim ki, mən sənin hissinin necə olduğunu bilirəm, çünki mən də həmin hissə sahibəm və mən çox şadam ki, sən aşiq olmusan.

Biz Syuzanla tanış olmağa çox şad olardıq. Onu evimizdə görmək istərdik. Bununla bağlı bütün hazırlıqları isə İleyn özü edəcək, çünki bu onun sahəsinə aiddir və o bunu məmnuniyyətlə edəcək. O da sevgi haqqında çox şey bilir, bəlkə də, onun sənə daha çox köməyi dəyəcək.

Bir də ki, uduzmaqdan qorxma. Belə olacaqsa, demək ki, belə lazımdır. Əsas odur ki, tələsməyəsən. Yaxşı olan heç nə yoxa çıxmır.

Sevgilərlə,

Atan

# 4880 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər