Dağ Yəhudiləri Dini İcmasının sədri Tərcümə Mərkəzində

Dağ Yəhudiləri Dini İcmasının sədri Tərcümə Mərkəzində
13 iyun 2018
# 15:49

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycan Tərcümə Mərkəzində olub.

Görüş zamanı Azərbaycanda sülh və əmin-amanlıq şəraitində birgə yaşayan xalqların səmərəli əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib. Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsud qərb və şərq sivilizasiyaları arasında özünəməxsus körpü rolunu oynayan Azərbaycanın tarix boyu dünya mədəniyyətlərini bir-birinə qovuşduran unikal məkan kimi tanındığını, bu amilin Azərbaycan mədəniyyətində də mehriban qonşuluq, din azadlığı, millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinin əsasını qoymağa imkan yaratdığını qeyd edib.

Afaq Məsud: “Uzun əsrlərdən bəri Azərbaycan ərazisində müxtəlif xalqların, etnos, konfessiya və dini icmaların nümayəndələri sülh şəraitində yaşayırlar. Onların mədəniyyəti, adət-ənənələri tarix boyu dövlət səviyyəsində qorunur, tarixi abidələr, məscid, kilsə və sinaqoqlar yenidən bərpa edilir. Belə icmalardan biri də Dağ Yəhudiləri Dini İcmasıdır”.

Öz növbəsində Milix Yevdayev bu gün Azərbaycanda yaşayan bütün xalqların, çoxsaylı konfessiyaların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini qeyd edib.

“Azərbaycan, bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq. Xeyir-şərimizdə bir olmuşuq. Dünyada elə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda qovuşdurub, doğma övladıtək yaşatsın”, – deyə icma rəhbəri bildirib.

Afaq Məsud, həmçinin Mərkəzin, Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda təbliği və tanıdılması istiqamətində həyata keçirdiyi beynəlxalq nəşr layihələrindən söz açaraq, müxtəlif illərdə tanınmış İsrail yazıçılarının Azərbaycan dilinə tərcümə və nəşr edilmiş əsərlərindən danışıb.

Sonda Mərkəzin nəşrlərindən olan – dünya şöhrətli yəhudi əsilli yazıçı Şolom Aleyxemin “Seçilmiş əsərləri” və qədim sufilərin fəlsəfi-dini traktatlarının toplandığı “Xilas yolunun yolçuları” kitabları qonağa təqdim edilib.

# 2889 dəfə oxunub

Oxşar xəbərlər

Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar  – Nadir Yalçın

Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar – Nadir Yalçın

12:00 13 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər