Qoy çəksin eləcə məndəki səni  ŞEİR

Qoy çəksin eləcə məndəki səni  <span style="color:red;">ŞEİR
2 avqust 2015
# 23:01

Kulis Ayla Əliqızının “Biri xəyalını alsın, aparsın...” şeirini təqdim edir.

Biri xəyalını alsın, aparsın,

Dağlara, daşlara, boz qayalara.

Qalsın oralarda, dönməsin geri,

Anlasın təkliyi, duysun dərdimi.

Atsın əllərini tutunmaq üçün,

Bir vücud arasın sığınmaq üçün.

Qoy dadsın boşluğun acı dadını,

Xatırlasın həmən mənim adımı.

Biri xəyalını alsın, aparsın,

Ətrini içimdən çəksin, aparsın.

Al-əlvan güllərə, göy çəmənlərə,

Şehli ağaclara, tər budaqlara.

Qarışsın baharın təravətinə,

Şan olsun adımın səxavətinə.

Biri xəyalını alsın aparsın,

Çox uzaq ellərə, yad ölkələrə.

Bir doğma arasın, çırpınsın quştək,

Eşqə möhtac olsun qərib əllərdə.

Biri xəyalını alsın aparsın,

Gözlərim önündən hər addımımda.

Ürək döyüntümdən, hər nəfəsimdən,

Lap hər baxışımdan, lap hər sözümdən.

Sahibsiz buraxsın məni eləcə,

sovrulum küləklə, səssiz-dinməzcə

qarışım torpağın ovuntusuna,

dinsin acılarım, sussun beləcə.

Biri xəyalını alsın aparsın,

Bilmirəm necə...

Qoy girsin canıma, girsin qanıma,

Qoy çəksin eləcə məndəki səni.

Ayırsın ruhumdan məni var edən,

Qanıma susayan zəhər eşqini...

# 1819 dəfə oxunub

Oxşar xəbərlər

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər